Esays van de Velde (; ) — Van de Velde ailəsindən olan holland rəssamı və qravüraçısı.

Həyatı Antverpenli rəssam Hans van de Veldenin oğlu Esays 17 may 1587-ci ildə vəftiz olunub. Dövrün məşhur rəssamları Qilis van Koninqslo və David Vinkbunsun yanında təhsil alıb. 1612-ci ildə Müqəddəs Luka Gildiyasının ustası olub. Haarlemdə cəmi bir neçə il işləsə də, 1610-cu ildən 1618-ci ilə qədər Esays van de Velde Hollandiya mənzərəsinə yeni, emosional aspekt təqdim edən Haarlem rəssamlıq məktəbinin nümayəndəsi hesab olunur. Ayrı-ayrı insan fiqurları olan mənzərələrdən əlavə, Esays vedata və məişət janrında rəsmlər çəkib.

Esays van de Veldenin sonrakı işi kompozisiyaları və parlaq rəngləri ilə seçilir. Rəssam bir çox döyüş rəssamları nəsilləri üçün örnək olan süvari döyüşlərini, döyüş səhnələri və duelləri üslubunda olan batal janrında rəsmlər çəkmişdir.Esaias Vanden Velde biography in De Groote schouburgh der Nederlantsche konstschilders en schilderessen (1718) by :en:Arnold Houbraken, courtesy of the :en:Digital library for Dutch literature O, Oranj şahzadələri (Hollandiya monarxları) Moritz və Frederik Henrinin saray rəssamı idi.

Esays van de Velde öz məktəbini yaradaraq, özündən sonra dərin iz qoymuşdur. Onun tələbələri arasında Yan van Qoyen, Piter de Nijn, Yan Asselin, Piter van Layer və başqaları olub. Esays van de Velde tərəfindən hazırlanmış çoxlu sayda qravür günümüzə qədər gəlib çatmışdır. 18 noyabr 1630-cu ildə Haaqada vəfat edərək dəfn edilmişdir.

Qalereya

İstinadlar

Ədəbiyyat А. Плюшар. :en:Энциклопедический лексикон, том 8. — Типография А. Плюшара; С.-П., 1837 — с. 222 (Ванденвельде, Исаія).

Xarici keçidlər Rijksmuseum, Amsterdam Allen Memorial Art Museum Biography and painting Works and literature on Esaias van de Velde Velde (van de Velde), Dutch painters family Vermeer and The Delft School, a full text exhibition catalog from The Metropolitan Museum of Art, which contains material on Esaias van der Velde

Kateqoriya:Niderlandda doğulanlar Kateqoriya:Niderlandda vəfat edənlər Kateqoriya:XVI əsr rəssamları Kateqoriya:XVII əsr rəssamları Kateqoriya:Holland peyzaj rəssamları Kateqoriya:Flamand intibah rəssamları