Bucaq — Şanlıurfanın Sivərək və Hilvan rayonlarında məskunlaşmış türkmən tayfası. 60 dənə kəndi var. Əhalisi 150 min nəfərdən ibarət olan tayfa XIX əsrin əvvəllərində Diyarbəkirdən Siverekə köçmüşdür.
Şeyx Səid üsyanında dövlətin tərəfinə keçmişdilər. Onlar PKK ilə mübarizədə Türkiyənin yanında olmuşlar. Sədat Bucaq tayfanın tanınmış adları arasındadır.
İstinadlar
Kateqoriya:Şanlıurfa tarixi Kateqoriya:Zaza tayfaları