Sudan keçi ilə evlilik insidenti — 2006-cı ildə Sudanda Çarlz Tombe adlı şəxsin sekslə məşğul olduğu keçi ilə evlənməyə məcbur edildiyi hadisə. Hadisə bir sıra kütləvi informasiya vasitələrinin diqqətini çəkmişdir.

Hadisə 2006-cı ildə cənubi sudanlı Çarlz Tombe adlı bir kişi Cuba şəhərinin Hay Malakal bölgəsində bir keçi ilə seks fəaliyyəti ilə məşğul olarkən yaxalanmışdır. Keçinin sahibi təqsirkarı tutmuş və məsələyə baxılması üçün kənd böyüklərinə müraciət etmişdir. Ağsaqqalların birinin qeydinə görə keçinin sahibi təqsirkarı keçi tövləsinin qapısına bağlamışdır."Goat, married to man, dies after having first kid in South Sudan" by Mogga Mark, Juba Post, 5 may 2007 (hosted by Sudan Tribune), istifadə tarixi 18 yanvar 2024 Ağsaqqallar keçi sahibinə polisə müraciət etməməyi məsləhət görmüş, təqsirkar keçidən arvadı kimi istifadə etdiyi üçün ona başlıq pulu ödəməli olduğunu bildirmişdirlər. Təqsirkar keçi ilə "evlənməyə", eləcə də, keçinin pulunu və 15.000 Sudan dolları məbləğində başlıq pulunu ödəməyə məcbur edilmişdir."Sudanese man forced to marry goat" , BBC News, 24 February 2006, istifadə tarixi 18 yanvar 2024"Man forced to marry goat in southern Sudan" , Juba Post, 25 February 2006 (hosted by Sudan Tribune), istifadə tarixi 18 yanvar 2024 Ağsaqqallar müzakirələr zamanı keçiyə zarafatla "Rouz" adını vermişdirlər.

Keçi 3 may 2007-ci ildə plastik torbada boğularaq ölmüşdür.Sudan's famous goat 'wife' dies , BBC News, 3 may 2007, istifadə tarixi 18 yanvar 2024 Öləndə 4 aylıq erkək balası var idi. 2013-cü ilin noyabrında Cənubi Sudan Hüquq Cəmiyyəti "bir kişinin Rouz adlı keçinin bəkarətini pozandan sonra onunla evlənməyə məcbur edilməsi" kimi qəribə və qəddar praktikaların ləğv olunması üçün hökumətə müraciət etmişdir.Hannah Mcneish. (November 2, 2013) South Sudan Fights to Implement Rule of Law AllAfrica.com.

KİV-də İlk dəfə 24 fevral 2006-cı ildə BBC saytında yayımlanan hekayə böyük diqqət çəkmiş, bir çox qəzet, bloq və saytlar tərəfindən yenidən yayımlanmışdır.Just Kidding , by Adam Curtis, BBC News, 18 September 2006, istifadə tarixi 18 yanvar 2024 Bir ildən sonra belə hadisə BBC-nin elektron poçtla ən çox göndərilən 10 məqaləsindən biri olmuşdur. Hekayə ardıcıl beş gün ərzində 100.000 dəfədən çox, ümumilikdə isə milyonlarla şəxs tərəfindən oxunmuşdur. Hadisənin populyarlığından təəccüblənən BBC bunun bir kampaniya çərçivəsində həyata keçirildiyini düşünsə də, proqram təminatı mühəndisi Qaret Oven bu populyarlığın gerçək olduğunu təsdiqləmişdir.The goat news story that just won't die by James Silver, The Guardian, 24 April 2007, istifadə tarixi 18 yanvar 2024

Keçi 2007-ci öləndə BBC onun üçün zarafat xarakterli nekroloq yazmışdır.R. I. P Sudan's married goat , BBC News, 4 may 2007, istifadə tarixi 18 yanvar 2024 Keçinin ölümü "The Times"Rose the goat ‘wife’ chokes to death on a plastic bag, Times Online, 4 may 2007, istifadə tarixi 18 yanvar 2024 və "Fox News"'Goat Man' of Sudan Becomes a 'Widower' , Fox News, 3 may 2007, istifadə tarixi 18 yanvar 2024 kimi digər xəbər saytları tərəfindən də işıqlandırılmışdır.

Həmçinin bax Zoofiliya

İstinadlar

Xarici keçidlər Keçi arvadı ölən kişi dul qaldı

Kateqoriya:Zoofiliya Kateqoriya:Sudan tarixi