Adana Dəmirspor — Türkiyənin Adana şəhərini 1-ci liqada təmsil edən futbol klubu. Futbol departamenti 2022–23 Super Liqada 4-cü yeri tutan və tarixində ilk dəfə Avropa yarışlarına vəsiqə qazanan ən populyar departamentdir. Klub həmçinin avarçəkmə, stolüstü tennis, taekvondo və voleybol idman növləri üzrə də mübarizə aparır.
Tarixi Türkiyə Dövlət Dəmir Yolları (TCDD) idman fəaliyyətlərinə 1930-cu ildə Əskişəhər Dəmirsporun qurulması ilə başlamışdı. Sonrakı illərdə İzmir Dəmirspor, Ankara Dəmirspor, Kayseri Dəmirspor və İstanbul (Haydarpaşa) Dəmirspor quruldu.
Liq mübarizələri
Super Liqa: 20 mövsüm 1960-1961, 1973-1984, 1987-1990, 1991-1992, 1994-1995, 2021-2025
1-ci Liqa: 30 mövsüm 1963-1973, 1984-1987, 1990-1991, 1992-1994, 1995-1999, 2002-2004, 2012-2021, 2025-
2-ci Liqa: 9 mövsüm 2001-2002, 2004-2012
3-cü Liqa: 2 mövsüm 1999-2001
Çukurova Liqası: 18 mövsüm 1942-1959, 1962-1963
Stadion Adana Dəmirin doğma meydanı 2021-ci ilin mart ayından etibarən . Stadion 33543 tamaşaçı tutumuna malikdir.
Departamentləri Futbol departamenti klubun bütün tarixini yaşadan yeganə şöbədir. Departamentə Gökhan Göktürk rəhbərlik edir.
İstinadlar