Frank Farian () — Boney M. pop qrupunun yaradıcısı. Keryerası boyu 850 milyondan çox səsyazma satıb, 800 qızıl və platin sertifikata layiq görülüb.
Həyatı Frank 1961-ci ildə "Frankie Farian und die Schatten" qrupunu yaradıb və onunla yerli restoranlarda, eləcə də rəqs klublarında çıxış edib. Əsas papulyarlığı 1964-cü ildə qrup Hamburqda beynəlxalq rok festivalında iştirak edərkən qazanıb. 1968-ci ildə solo karyerasına başlayıb. Lakin 1970-ci illərin ortalarından etibarən pop musiqiyə diqqət yetirməyə başlayıb. "Boney M" qrupunun "Rasputin" və "Daddy Cool" kimi hitlərinin müəllifidir. Bundan əlavə, "Farian", "Eruption", "Precious Wilson", "Far Corporation", "Milli Vanilli", "La Bouche" daxil olmaqla bir neçə başqa pop layihələrini qurub. 23 yanvar 2024-cü il tarixidə vəfat edib.
İstinadlar
Kateqoriya:Musiqi Kateqoriya:Almaniya bəstəkarları Kateqoriya:Almaniya müğənniləri