Heval Bozdağ () — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.
Həyatı Heval Bozdağ 1977-ci ildə Ağrı ilində anadan olub. 2000-ci ildə Cümhuriyyət Universiteti Tibb Bölməsindən məzun olub. 2008-ci ildə İzmir Təhsil və Araşdırma Xəstəxanasında ixtisaslaşmanı bitirib.
Ağrı Dövlət Xəstəxanasında çalışıb. Ağrı Tibb Palatasının Baş Katibi, Səhiyyə və Sosial Xidmətlər İşçiləri İttifaqının (SES) Ağrı şöbəsinin sədri və Ağrı Tibb Palatasının sədri vəzifələrində təmsil olunub. İnsan Hüquqları Dərnəyinin və KLİMİK Dərnəyinin üzvüdür.
2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Ağrı ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Plan və Büdcə Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
İstinadlar
Kateqoriya:TBMM XXVIII çağırış deputatları