Yılmaz Hun () — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Yılmaz Hun 1977-ci ildə İğdır ilinin Aralıq ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini İğdırda alıb. 2000-ci ildə Van Yüzüncü İl Universiteti Təhsil Bölməsindən məzun olub.

Müəllim olaraq çalışıb. Təhsil və Elm İşçiləri İttifaqının (EĞİTİM SEN) İğdır nümayəndəsi, İğdır şöbəsinin sədri vəzifələrində təmsil olunub.

2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq İğdır ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

Kürdcə bilir. Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları