Cumali İncə () — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Cumali İncə 1969-cu ildə Niğdə ilində anadan olub. Anadolu Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub.

Niğdə Bələdiyyə Məclisinin üzvü, Niğdə bələdiyyə sədrinin müavini vəzifələrində çalışıb.

MHP Niğdə il şöbəsinin sədri olub.

2023-cü ildə MHP namizədi olaraq Niğdə ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.

Evli və 2 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları