Mehmet Aşıla () — təqaüdçü və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.

Həyatı Mehmet Aşıla 1961-ci ildə Çorum ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Çorumda alıb. Anadolu Universiteti Biznesin idarə edilməsi Bölməsindən məzun olub.

Uzun illər torpaq sənayesi sahəsində çalışıb. Nəcməddin Ərbakan Vəqfinin il şöbəsinin sədri olub.

Uzun illər Rifah Partiyası, Fəzilət Partiyası və Səadət Partiyasının üzvü olub. Fəzilət Partiyasından Çorum Bələdiyyə Məclisinin üzvü seçilib. Səadət Partiyasında bir müddət il şöbəsinin sədri olub. Yenidən Rifah Partiyasının qurucularından olub. Yenidən Rifah Partiyasında İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində çalışır.

2023-cü il mayın 14-də Yenidən Rifah Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Kocaeli ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifəsində təmsil olunub.

Evli və 4 uşaq atasıdır.

İstinadlar

Kateqoriya:TBMM XXVIII çağırış deputatları