Kateqoriya:XV əsr katolikləri Kateqoriya:Norveç kralları Kateqoriya:İsveç kralları Kateqoriya:Roma-Katolik monarxları Kateqoriya:XV əsr qadınları Kateqoriya:XIV əsr Avropa hökmdarları Kateqoriya:Danimarka monarxları Kateqoriya:Kalmar İttifaqı I Marqarita (; ) — Danimarka kralı IV Valdemarın qızı, Danimarka, İsveç və Norveç kraliçası, Kalmar ittifaqının qurucusu.

1353-cü ilin martında dünyaya gəldi. Atası Danimarka kralı IV Valdemar, anası isə Şlezviqli Helvikdir. Anasının göz həbsində tutulduğu Soborq qalasında dünyaya gəldi. Hələ 6 yaşında ikən 1359-cu ildə Norveç kralı VI Haakonla nişanlandı. Ər namizədi İsveç kralı Maqnus Eriksonun oğlu və İsveç taxt-tacında ortaq monarx idi. Cütlüyün toy mərasimi isə 9 aprel 1363-cü ildə Kopenhagendə baş tutdu. Ancaq onların toy mərasiminin ardından bir çox siyasi hadisə baş verdi. Öncə böyük qardaşı və Danimarka taxt-tacının vəliəhdi olan şahzadə Kristofer vəfat etdi. Ardından böyük bacısının əri Meklenburqlu Henri atasının varisi elan olundu. Ertəsi il isə İsveçli zadəganlar əri və qaynatasını ölkədən qovdular.

Cütlüyün bu nigahdan 1 övladı doğuldu.

II Olaf (1370-1387)

1375-ci ildə atasının vəfatından sonra 5 yaşlı oğlunu Danimarka taxt-tacına namizəd göstərdi və bütün siyasi gücünü istifadə edərək onu taxta çıxardı. 1380-ci ildə ərinin vəfatından sonra isə oğlunun adına Norveç taxt-tacına da sahibləndi.

Ancaq oğlu 1387-ci ildə gənc yaşda vəfat etdi. Beləcə, Marqarita oğlunun ardından Danimarka və Norveç taxt-tacına sahibləndi. 1389-cu ildə Meklenburqlu Alberti məğlub etdi və İsveç taxt-tacına da sahibləndi. 1398-ci ilin sentyabrında Stokholm şəhəri Hanza birliyindən təslim alındı.

Beləcə, hər 3 dövlət tək monarxın hökmranlığı altında birləşdi. Ancaq varisi yox idi. Bu səbəblə, 1389-cu ildə bacısı İngeborqun nəvəsi Boqislavı Erik adıyla övladlığa götürdü. 1392-ci ildə onu Norveç kralı elan etdi və ortaq monarx kimi ölümünədək hakimiyyəti əlində saxladı.

20 iyul 1397-ci ildə Kalmar andlaşmasını imzaladı və Kalmar İttifaqını qurdu. Varisi olan oğulluğu Eriki isə bu ittifaqın ilk hökmdarı kimi İsveç və Danimarka kralı elan etdi.

1412-ci ildə Flensburqda vəfat etdi.

Mənbə

Ədəbiyyat

. . . . . .

İstinadlar Kateqoriya:XV əsr Avropa hökmdarları Kateqoriya:Poçt markalarında şəxslər