Apatiya – 2024-cü ildə buraxılmış Azərbaycan filmi.

Məzmun Filmdə kasıb bir ailənin dramı təsvir edilmişdir. Ailə azyaşlı oğlunu narkoman əmisinin yanında işləmək üçün məktəbdən uzaqlaşdırır. Həmçinin ailədə qətl hadisəsi baş verir.

Tənqid Filmdə masturbasiya səhnəsinin çəkilməsi müəyyən tənqidlərə uğramışdır. Rejissor Hikmət Rəhimov bunu janrın tələbi olduğunu bildirmiş, tənqidləri seksual problemlərlə əlaqələndirmişdir.

Kinotənqidçi Sevda Sultanova bu səhnəni tənqid edərək filmə baxmayacağını bildirmişdir.

Rejissor Cavid Təvəkkül Hikmət Rəhimovun bu işi bacarmadığını bildirmişdir.

Yazıçı İlham Əziz isə bu səhnəni cəsarətli adlandıraraq rejissor və yaradıcı heyəti alqışlamışdır.

İstinadlar

Xarici keçidlər Filmin treyleri "Apatiya" filmi bir ailənin ağır həyatından bəhs edir (Mədəniyyət TV) "Apatiya"ya düşənlər böyük ekranda — Rejissor və aktyor Hikmət Rəhimov yeni filmini təqdim etdi (Real TV)

Kateqoriya:Azərbaycanın sosial dram filmləri Kateqoriya:2024-cü ilin Azərbaycan filmləri Kateqoriya:2024-cü ilin dram filmləri Kateqoriya:Narkomaniya haqqında filmlər Kateqoriya:Azərbaycanca filmlər