Sünən əl-Beyhəqi () və ya əs-Sünən əl-Kubra () — Məhəmməd peyğəmbərin, səhabələrinin həyat və fəaliyyətinə dair mühəddis Beyhəqi tərəfindən tərtib edilmiş hədislər toplusu.
Müəllif Əbu Bəkr Əhməd ibn əl-Hüseyn əl-Beyhəqi Nişapur (İran) yaxınlığındakı bir kənddən idi, Xorasan, Bağdad, Kufə və Məkkədə bir çox üləmadan təhsil almış, əl-Həkim Nişapurinin tələbəsi olmuşdur. Əl-Beyhəqi İslamla bağlı 1000-ə yaxın əsərin müəllifidir.
Əsər Əl-Beyhəqinin "Sünən"i 10 cilddən ibarətdir. İbn əs-Salah "Müqəddimə" əsərində əl-Beyhəqinin məcmuəsini yüksək qiymətləndirmiş və "Altı mötəbər məcmuə" ilə tanış olduqdan sonra onun öyrənilməsini tövsiyə etmişdir.
İstinadlar
Kateqoriya:Sünni hədis topluları Kateqoriya:X əsrin ərəb dilində kitabları Kateqoriya:IX əsrin ərəb dilində kitabları