Asya Səttar qızı Tağıyeva ― musiqiçi, Azərbaycan Respublikasının əməkdar artisti (2009). O, Azərbaycanın ilk qanun ifaçısı kimi tanınır: bu alətdə ilk dəfə 1959-cu ildə onun ifasında "Bayatı-Şiraz" və "Çahargah" muğamları vala yazılıb.

Bioqrafiya Asya Tağıyeva 1935-ci ildə anadan olub. Uşaqlıqdan musiqiyə maraqlı olub, İrəvandakı Pionerlər Evində xor qrupunda iştirak edib. 1954-cü ildə musiqi məktəbinə daxil olub. Sonralar o, Ermənistan SSR Dövlət Rəqs Ansamblına dəvət olunub. 1956-cı il iyunun 1-dən 13-dək Moskvada incəsənət və ədəbiyyat ongünlüyü keçirilir və Tağıyeva buradakı uğurlu iştirakına görə "Əməkdə müvəffəqiyyətə görə" medalı və bir aylıq əmək haqqı ilə təltif olunur.

Tağıyeva 1957-ci ildə Moskvada keçirilən Tələbə və Gənclərin VI Ümumdünya festivalında iştirak edib və "Yaradıcılıq müvəffəqiyyətinə görə" Qızıl medalla təltif olunub. Festivalda çıxışından sonra Azərbaycanın xalq artisti, bəstəkar Səid Rüstəmov Asya Tağıyevanı Azərbaycana dəvət edir və o, Bakıya gəlir.

İstinadlar

Kateqoriya:SSRİ pedaqoqları Kateqoriya:Azərbaycan pedaqoqları