Naibə Əlibəyova () — azərbaycanlı aktrisa.

Həyatı 1963-cü ilin noyabr ayının 17-də Bakı şəhərində anadan olub. 9 nömrəli məktəbi bitirib 1979-cu ildə Mədəniyyət və İncəsənət Universitetinin "Mədəni — maarif işi" fakültəsinin "Kütləvi tamaşalar rejissoru" ixtisasına qəbul olunub. Universiteti bitirdikdən sonra Dəvəçi rayonuna Mədəniyyət evinin müdiri vəzifəsinə təyin olunub. Üç il təyinat müddətini başa vurandan sonra Bakıya qayıdıb və 1992-ci ilə qədər Musiqili Komediya Teatrında çalışıb. N. Əlibəyova daha çox "Bəyin oğurlanması" filmindəki Gülbadam rolu ilə tanınıb. Xərçəng xəstəliyindən əziyyət çəkirdi.https://axsam.az/news/70643-beyin-ogurlanmasinin-miris-ve-gulbadami-32-il-sonra--foto 6 mart 2024-cü ildə vəfat edib.

Ailəsi Bir qızı və Rüqayyə adlı bir nəvəsi var.

İstinadlar

Kateqoriya:Azərbaycan Dövlət Akademik Musiqili Teatrı şəxsləri Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər