Beynəlxalq Dəniz Filmləri Festivalı, kəşfiyyat və ətraf mühit () - Fransanın cənub-şərqində Provans-Alp-Kot-d'Azür bölgəsində, Var departamentində daxil olan Tulon kommunasında keçirilən beynəlxalq film festivalı. Festival 1954-cü ildən etibarən hər il təşkil olunur və əsasən sualtı dünya, dəniz və ətraf mühit mövzuları ilə bağlı filmlər nümayiş olunur. Sualtı fotoqrafiyanın qabaqcıllarından sayılan Fransada festival ilk illər də, həvəskar şəkildə təşkil edilib, 80-cı illərdən etibarən isə daha ciddi büdcə və iştirakçı sayı ilə baş tutmuşdur. Tədbir YUNESKO və Beynəlxalq Kino və Televiziya Şurası tərəfindən də dəstəklənməkdədir.
Kateqoriya:Avropa kinematoqrafı Kateqoriya:Fransa kinematoqrafı Kateqoriya:Film festivalları Kateqoriya:Fransa film festivalları Kateqoriya:Sualtı fotoqrafiya