Vanderbilt Universiteti — ABŞ-ın Tennessi ştatının Neşvill şəhərində özəl tədqiqat universiteti.
Universitet "R1: Doktorantura — Çox Yüksək Tədqiqat Fəaliyyəti" kateqoriyasına aiddir. Vanderbilt Universitetində bakalavr, magistr, doktorantura və aspirantura dərəcələri verilir.https://web.archive.org/web/20150819095228/http://www.vanderbilt.edu/info/facts/
Universitet 10 məktəbdən ibarətdir və ABŞ və 70 xarici ölkədən təxminən 13,800 tələbə qəbul edir.
Vanderbilt məzunları, professor-müəllim heyəti ABŞ Konqresinin 54 hazırkı və keçmiş üzvü, 18 ABŞ səfiri, 13 qubernator, 8 Nobel mükafatçısı, ABŞ-ın 2 vitse-prezidenti və 2 ABŞ Ali Məhkəməsinin hakimi daxildir. Digər görkəmli məzunlar arasında 3 Pulitzer Mükafatı qalibi, 27 Rodos Alimi, 2 "Oskar" mükafatı qalibi, 1 Qremmi Mükafatı qalibi, 6 MacArtur Təqaüdçüsü, 4 xarici dövlət başçısı və 5 Olimpiya mükafatçısı var. Dünyada universitetin 40 məzun klubu yaradılıb.
Tarixi Vanderbilt Universiteti 1873-cü ildə gəmiçilik və dəmir yolu maqnatı Kornelius Vanderbilt tərəfindən açılmışdır.
1920-ci illər. İkinci Dünya Müharibəsinə qədər thumb|right|Furman Hall thumb|Vanderbilt Universiteti Kirkland Hall
1920–1930-cu illərdə Vanderbilt Universitetində Amerika düşüncəsinə və ədəbiyyatına böyük təsir göstərən iki üst-üstə düşən alimlər qrupu çalışırdı.
1930-cu illərdə Ernest Uilliam Gudpastur və onun Tibb məktəbindəki həmkarları virusların və rikketsiyaların becərilməsi üsullarını icad etdilər."Obituary (AP): Dr. Ernest Goodpasture Dead; Developed Vaccine for Mumps: Pathologist's Chicken Embryo Virus Led to Immunization Against Many Diseases". New York Times; September 22, 1960; ProQuest Historical Newspapers: pg. 27. Bu iş canlı hüceyrələrdə çoxalan patogenlərin törətdiyi suçiçəyi, çiçək, sarı qızdırma, tifus və digər xəstəliklərə qarşı peyvəndlər istehsal etməyə imkan verdi. Həmçinin o illərdə universitetin professorları travmatik şokun müalicəsinı ixtira etmişdilər.https://web.archive.org/web/20120212085552/http://www.hopkinsmedicine.org/stlm/article.doc
Universitet tələbələrə Dəniz Komissiyasına yol təklif edən V-12 Dəniz Hərbi Kollecinin təlim proqramında iştirak etmək üçün ölkədəki 131 kollec və universitetdən biridir.
Akademik strukturu thumb|right|E. Bronson İnqram Kolleci thumb|right|Alumni Hall
2021-ci ilə qədər Vanderbilt Universitetində 13,796 tələbə təhsil alırdı.
Universitetin bakalavr proqramları ABŞ-də çox seçicidir.
Vanderbilt Universiteti özəl bir korporasiya olaraq tamamilə müstəqil, daimi Qəyyumlar Şurası tərəfindən idarə olunur. Şura Rektordan və daimi üzvlərdən (istənilən sayda fəxri qəyyumlardan) ibarətdir.https://web.archive.org/web/20090201103526/http://www.vanderbilt.edu/boardoftrust/bylaws/mandp.html
Kollecləri və məktəbləri: Hüquq məktəbi İncəsənət kolleci Elm kolleci Mühəndislik kolleci Təhsil və İnsan İnkişafı kolleci Bleyer Musiqi məktəbi Din məktəbi İbtidai təhsil kolleci Tibb bacısı məktəbi Biznesin İdarəetməsi kolleci
Milli Elm Fondunun məlumatına görə, Vanderbilt Universiteti 2021-ci ildə Tədqiqat və inkişafa 1 milyard dollar xərcləyib.
Kampusları thumb|right|
İncəsənət və Elmlər Kolleci, Humanitar elmlər bölmələrinin əksəriyyəti, habelə Hüquq fakültəsi, İdarəetmə Kolleci və İlahiyyat məktəbi, həmçinin Heard Mərkəzi Kitabxanası və Surratt Tələbə Mərkəzi Zalı Əsas kampusda yerləşir.https://web.archive.org/web/20140912160918/http://www.vanderbilt.edu/econ/apet/images/campusmap.pdf Memorial Gimnaziya, Vanderbilt stadionu və bütün digər universitet idman sahələri kampusun uzaq qərb tərəfindədir.
Milli Tarixi Abidələr proqramı 1965-ci ildə Universitetin Peabodi kampusunu tarixi rayon kimi təyin etmişdir.
Tanınmış məzunları
İstinadlar
Xarici keçidlər
Vanderbilt Athletics website
Kateqoriya:Vanderbilt Universiteti Kateqoriya:ABŞ universitetləri
