Fədakaranı Millət Cəmiyyəti () — Osmanlı imperiyasında İkinci Məşrutiyyət dövründə fəaliyyət göstərmiş siyasi partiya. Bu, həm də qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərirdi.

Tarixi İkinci Məşrutiyyət elan edildikdən sonra 12 avqust 1908-ci ildə Sultanəhməd meydanında keçirilən mitinqdə onun yaradılması qərara alınmışdır. Avnullah Kaziminin sədrliyi ilə yaradılmışdır. Qərargahı İstanbulda yerləşirdi. Partiyanın qurucularıII Əbdülhəmidin dövründə sürgün edilmişdilər, eyni zamanda "Gənc türklər"ə müxalif idilər.

1908-ci ildə keçirilən seçkilərdə iştirak etməmişdi. 31 mart üsyanından sonra siyasətdən çəkilərək bağlanmışdır. Digər üzvlər Əli Vəfa, Əli Saib, Nəcib Qədir, Əbdülqədir Qədri, Hacı Camal, Asitanəli Bəhçət və Ərtoğrul Şakir idi.Akşin, Sina. "Fedakâran-ı Millet Cemiyeti " (PDF). Ankara Üniversitesi. 2 Haziran 2018 tarihinde kaynağından arşivlendi (PDF). Erişim tarihi: 20 Kasım 2015.

İstinadlar

Xarici keçidlər Siyasi Partiyalar (Türkiyə Böyük Millət Məclisi) Deputatlar Palatasından Böyük Millət Məclisinə

Kateqoriya:Osmanlı imperiyasında siyasət Kateqoriya:1908-ci ildə Türkiyə Kateqoriya:1908-ci ildə yarananlar