Şirin Təkəli () — Türkiyədə ikinci dalğa qadın hərəkatı öncüllərindən olan qadın hüquqları müdafiəçisi, feminist yazıçı və aktivist.
O, qadınların siyasi qərar qəbuletmə proseslərində daha çox iştirak etmələri və onların siyasi qərar qəbuletmə mərkəzlərində daha çox yer almaları üçün mübarizə aparmış aktivistlərdən olub. Əsərləri ilə yanaşı, o, fransız və ingilis dillərindən etdiyi tərcümələri ilə də türk feminist ədəbiyyatına töhfələr verib. Həyatı Gəncliyi Şirin Təkəli, 1944-cü ildə Ankarada anadan olub. O, iki fəlsəfə müəlliminin yeganə övladıdır. Anası Hayrünisa Köni İstanbul Universitetində fəlsəfə təhsili almış və 30 ildən çox orta məktəblərdə fəlsəfə müəllimi işləmişdir. Atası Yunus Kazım Köni dövrünün önəmli bürokratlarından biri olmaqla yanaşı, ibtidai təhsil üzrə Baş direktor vəzifəsində çalışmışdır.
Şirin Təkəli Ankara Qız Liseyində oxuyarkən, ədəbiyyat və fəlsəfə ilə yaxından maraqlanırdı. 1961-ci ildə orta məktəbi bitirdikdən sonra, Parisə gedir, orada fransız dilini öyrənərək, 1962-ci ildə hüquq təhsili almağa başlayır. Şəhərdəki aktiv siyasi mühit, terror və münaqişələr, təhsil aldığı sahədə istədiyini tapa bilməməsi səbəbindən Parisi tərk edən Təkəli, Lozanna Universitetində "Sosial və siyasi" elmlər üzrə təhsilini davam etdirir.
Alim 1967-ci ildə təhsilini başa vuraraq İstanbula qayıdan Şirin Təkəli, həmin il İstanbul Universiteti, İqtisadiyyat fakültəsinin Siyasi Elmlər bölməsinə daxil olur. Bu müddət ərzində tələbəlik illərindən tanıdığı Əhməd Təkəli ilə ailə həyatı qurur. 1973-cü ildə David Estonun Sistemlər Nəzəriyyəsi əsaslanan doktorluq dərəcəsini müdafiə edir. 1978-ci ildə "Qadınların siyasətdə iştirakı" mövzusunda dosentlik dissertasiyasını bitirmişdir. Elmi işini başa çatdırdıqdan sonra sonra seçkilərə qatılır. Fransa hökumətindən təqaüd alaraq, Fransa Milli Elmi Tədqiqat Mərkəzində (Centre National de la Recherche Scientifique - CNRS) kartoqrafiya texnikasını öyrənir. Bu mərkəzdəki işində Türkiyənin bütün seçki məlumatlarını kompüterdə işləyərkən, o, Cin Reynjer və komandası ilə birlikdə "şəhərdə" seçki sosiologiyası məsələsini də araşdırdı. 1980-1981-ci illər tədris ilində universitetdə "İstanbula uyğunlaşdırılmış siyasi sosiologiya" seminarlar verir.
12 sentyabr sonrası 1980-ci il hərbi çevrilişindən sonra qurulan Ali Təhsil Şurasına etiraz edərək, 1981-ci ildə universitetdəki vəzifəsindən istefa verib.
Universitetdən ayrıldıqdan sonra sonra yazıçı, korrektor və tərcüməçi kimi fəaliyyət göstərib. Qadınlarla bağlı "Bərabərlik siyasəti" mövzusunda araşdırmalar aparıb. 1981-ci ildə Yazıçılar Kooperativi YAZKO-nun dəvəti ilə feminist nəşrlərin tərcüməsi qrupunda iştirak edib. Bu qrup şüur artıran qrup təcrübəsini təmin etməklə yanaşı, türkcə feminizm terminologiyasının yaradılmasında da mühüm rol oynamışdır.
Təkəlinin 1982-ci ildə "Qadınlar və Siyasi-İctimai Həyat" adlı kitab şəklində nəşr olunan namizədlik yazısıTürkiyədə qadınların siyasi və ictimai sahədə marjinallaşmasına dair türkcə nəşr olunan ilk kitabdır.
Aktivist fəaliyyəti 1985-ci ildə Təkəli qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyanın həyata keçirilməsi və Mülki Məcəllənin islahatı uğrunda mübarizəni tələb edən petisiya kampaniyasına başlayıb.
1987-ci ildə Məişət Zorakılığına Qarşı Yürüş və Xora Festivalı ilə başlayan, 1989-cu ildə Bənövşəyi İynə hərəkatı ilə davam edən fəaliyyətlərdə iştirak edib və gənc, kənd və kürd qadınlarının iştirakı ilə böyüyən ictimai hərəkatlarda yer alıb.
1989-cu ildə Qadın Əsərləri Kitabxanası və İnformasiya Mərkəzi Fondunun yaradılmasında iştirak edib. Şirin Təkəli, Aslı Davaz Mardin, Füsun Akatlı, Jalə Baysal və Füsun Ərtuğ Yaraşdan ibarət qurucu qrup, 14 aprel 1990-cı ildə Fənərdə İstanbul Bələdiyyəsinə məxsus tarixi binada Qadın Əsərləri Kitabxanası və Məlumat Mərkəzini açıblar.
1990-cı ildə o, gənc feminist tədqiqatçıların əsərlərini bir məcmuədə toplayan 1980-ci illər Türkiyəsində Qadın Perspektivindən Qadınlar kitabını hazırladı. Bu kitab alman və ingilis dillərində də nəşr edilmişdir.
Müəllimlik fəaliyyətini dayandırdıqdan sonra, tərcüməçiliklə məşğul olub. 2011-ci ilə qədər o, əksəriyyəti qadın və demokratiyadan bəhs edən 25 kitabı fransız və ingilis dillərindən türk dilinə tərcümə edib.
1996-cı ildə o, Fransa Mədəniyyət Nazirliyi tərəfindən Akademik Palma mükafatına layiq görülüb.
Şirin Təkəli 13 iyun 2017-ci ildə beyin xərçəngindən müalicə aldığı Bodrumda dünyasını dəyişib. O, ölməmişdən əvvəl cəsədini, elmi araşdırmalarda istifadə edilməsi üçün Cərrahpaşa Tibb Fakültəsinə bağışlayıb. Bu səbəbdən də dəfn mərasimi keçirilməyib.
Fəaliyyəti 1986: İnsan Hüquqları Assosiasiyasının qurucu üzvü. 1989: İstanbul Qadın Əsərləri Kitabxanası və İnformasiya Mərkəzi Vəqfinin qurucu üzvü. 1990: İstanbul Mor Catı Qadın Sığınacağının qurucu üzvü. 1993: Türkiyə Helsinki Yurddaşlar Dərnəği qurucu üzvü. Cəmiyyət və Elm yazarı. 1997: KA-DER, Qadın Namizədlərə Dəstək və Təlim Dərnəyi. 2012: "Kazete" Müstəqil Qadın qəzetinin yazıçısı.
Əsərləri Türkcə David Easton'un Sistem Teorisine Katkısı Üzerine Bir İnceleme. İstanbul 1976 Kadınlar ve Siyasal-Toplumsal Hayat. İstanbul 1982 Kadınlar İçin. İstanbul 1988 80'ler Türkiye'sinde Kadın Bakış Açısından Kadınlar. İstanbul: İletişim 1990, 1995, 2010. Meryem Koray ile: Devlet-Kadın-Politika. İstanbul: TÜSES 1991 Feminizmi Düşünmek, İstanbul Bilgi Üniversitesi Yayınları, İstanbul, 2017. Almanca Frauen in der türkischen Politik, in: Die Frau in der türkischen Gesellschaft. Abadan-Unat, N. (Hg.), Frankfurt 1985 Frauen in der Türkei der 80er Jahre, in: Aylâ Neusel, Şirin Tekeli, Meral Akkent (Hg.): Aufstand im Haus der Frauen. Frauenforschung aus der Türkei. Berlin, 1991. Die Neue Frauenbewegung in der Türkei der 80er Jahre, In: Ayşe Esin, Anıl Kaputanoğlu, Ozan Kesim, Mine Kırbıyık (Hg.): Türkische Frauenbewegung. Karlsruhe, 1992. İngilizcə Women in Modern Turkish Society. Zed Books, 1994.
Tərcümələri Moris Duverje: Siyasi Sosiologiya. İstanbul: Varlıq 1982. Andre Mişel: Feminizm. İstanbul: Qadın çevresi 1986. Alen Ruke: Latın Amerikasında hərbi dövlət. İstanbul: Alan 1986 Edqar Morin: Avropanı Düşünmək. İstanbul: Afa, 1989 Elizabet Batinder: Biri digər tərəfdədir. Afa, 1992 İmmanuel Vallerstayn: Sosial Elmləri açın. Metis nəşriyyatı, İstanbul, 1996 Xalidə Missaudi: Əlcəzairdə Qadın olmaq. Metis nəşriyyatı, 1996 Stefan Yerasimos: Millətlər və sərhədlər. İstanbul: İletişim 2000 (2014, 6-cı nəşr) Culiet Mitçell: Qadınlar - Ən Uzun inqilab (Women: The Longest Revolution). Feminist Kitabxanası. Aqora Kitabxanası, 2006 Jerman Tillion: (N.Sirman ile birgə), Hərəm və qohumlar (Le harem et les cousins). Metis nəşriyyatı, 2006 Nora Şeni: Səni unudarsam İstanbul. Kitab nəşriyyatı; İstanbul, 2008 Semih Vaner : XXI əsrin əvvəllərində Türkiyə. Kitab nəşriyyatı 2009 Stefan Yerasimos: Konstantinopol və Ayasofya əfsanələri (La fondation de Constantinople et de Sainte Sophie dans les traditions turques). İlətişim nəşriyyatı, 2010, 2014 6-cı nəşr Deyanire Kouto: Hərb və Sülh - Avropa ve Osmanlılar. Kitab nəşriyyatı, 2010 Əli Qazancıgil: Türkiyə haqqında stereotiplər. Kitab nəşriyyatı, 2010
Adına təsis edilmiş mükafatlar Sabancı Universiteti, Gender və Qadın Araşdırmaları Mərkəzi (SU Gender) 2017-ci ilin noyabrından etibarən Türkiyədə qadın və gender araşdırmalarının öncüllərindən olan Şirin Təkəlinin adına təsis edilmiş "Şirin Təkəli Araşdırma mükafatını" hər il namizədlərə təqdim edir. Doktorluq dərəcəsini bitirmiş doktorant və tədqiqatçılara gender və qadın tədqiqatları sahəsində işləyə bilmələri üçün layihə mükafatları təqdim edir. Mükafat, qaliblərə hər il keçirilən toplantıda təqdim olunur.
Qadın Namizədləri Dəstəkləmə Dərnəyi (Ka.Der) və İstanbul Gedik Universitetinin birgə təşkil etdiyi "Şirin Təkəli Yerli Rəhbərliklər Akademiyası" adlı araşdırma 2018-ci ildən bəri hər il həyata keçirilir. Bu tədqiqat, yerli idarəetmələrdə gender bərabərliyi perspektivinə malik qadınların sayının artırılmasına töhfə vermək üçün təşkil edilir.
İstinadlar
Kateqoriya:Türk feministlər Kateqoriya:Türkiyə aktivistləri Kateqoriya:Feminist hərəkatı Kateqoriya:Feminist yazıçılar Kateqoriya:İstanbul Universitetinin müəllimləri Kateqoriya:Türkiyə qadın akademikləri Kateqoriya:XX əsr Türkiyə yazıçıları