Avedis Zildjian Company — sinc və digər zərb alətləri üzrə ixtisaslaşmış musiqi alətləri istehsalçısı. XVII əsrdə Osmanlı imperiyasında etnik erməni olan Zildiyan ailəsi tərəfindən qurulan şirkət XX əsrdə ABŞ-yə köçmüşdür.
Şirkət 1623-cü ildə İstanbulda erməni Avedis Zildiyan tərəfindən yaradılıb. Hal-hazırda Massaçusets ştatının Norvel şəhərində yerləşir. Zildjian dünyanın ən qədim musiqi alətləri istehsalçısı olmaqla yanaşı, dünyanın ən qədim davamlı fəaliyyət göstərən şirkətlərindən biridir. Şirkət Zildjian, Vic Firth və Balter Mallet brendləri altında sinclər, barabanlar, zərb alətləri və digər nağara aksesuarları satır.Newsweek, Volume 71, Issues 1–9, 1968, p. 71 "As the only producer of cymbals in the U. S., the Zildjian company dominates a world market rapidly expanding with the proliferation of per- cussionary rock 'n' roll bands."The Music Trades, Volume 135, Issues 1–6, p. 90 "Maintaining its position as the world's largest cymbal producer, the Avedis Zildjian Company has announced an exciting joint venture with Barcus-Berry, Inc."
Tarixi İlk Zildjian sincləri 1618-ci ildə erməni dəmirçisi və əlkimyaçısı Avedis Zildiyan tərəfindən yaradılmışdır. O da dəmirçi olan atası kimi İstanbulda Osmanlı sultanının sarayında işləyirdi. O, qalay, mis və gümüş ərintisindən istifadə edərək parçalanmadan musiqi səsləri çıxara bilən metal təbəqə yaratmışdır. Sultan I Mustafa, ermənicə "Sincçinin oğlu" və ya "Sinc ustası ailəsi" mənasını verən Zilciyan soyadını rəsmən tanımaqla yanaşı, Avedisə səksən qızılı vəsiyyət olaraq verdi. 1623-cü ildə Sultan ona İstanbulun Samatiya adlanan erməni hissəsində öz biznesini qurmaq üçün saraydan ayrılmağa icazə verdi.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Armand Zildjian Interview at NAMM Oral History Collection Deborah Zildjian Interview at NAMM Oral History Collection Craigie Zildjian Interview at NAMM Oral History Collection
Kateqoriya:Ermənistan musiqisi Kateqoriya:Ermənistan mədəniyyəti Kateqoriya:ABŞ musiqi kompaniyaları Kateqoriya:Zərb musiqi alətləri