Adolf Lu Hitler Ranqsa Marak (; ) — Hindistan siyasətçisi. Milliyətçi Konqres Partiyasının siyasətçisi olan Hitler Marak Meqhalaya hökumətində 2003-cü ilə qədər ətraf mühit və daha sonra əməkdaşlıq naziri vəzifəsində çalışmışdır.
Adı Mübahisəli adı ilə bağlı Hitler Marak "Hindustan Times"a demişdir: "Bəlkə valideynlərim bu adı bəyəndilər və buna görə də məni Hitler adlandırdılar ... Adımdan razıyam, baxmayaraq ki, məndə diktatura meylləri yoxdur". 2013-cü ilin fevralında beynəlxalq mediada Marakın Frankenştayn Momin və Billikid Sanqma kimi bəzi qəribə adlı namizədlərə qarşı yenidən Meqhalaya ştat məclisi üçün namizəd olacağı geniş yayılmışdı.
İstinadlar
Xarici keçidlər
Voting for Frankenstein - BBC News article mentioning Marak CNN Article mentioning Marak Kateqoriya:Hindistan siyasətçiləri Kateqoriya:Hindistan nazirləri