Saleh əl-Aruri (; həmçinin də Salah əl-Aruri adı ilə tanınır; ) — fələstinli əsgər və siyasətçidir.

Həyatı Əl-Aruri 1966-cı il avqust ayının 19-da Fələstinin Ramallah şəhərində anadan olmuşdur. Hebron Universitetində (Şəriət Hüququ) təhsil almışdır. O, 2017-ci ildən 2024-cü ildəki ölümünə qədər üzvü olduğu Həmas Siyasi Bürosunun Rəhbərinin müavini və 1993-cü ildən 2024-cü ildəki ölümünə qədər İzzəddin əl-Qəssam Briqadalarının Yaradıcısı və Komandiri vəzifələrində işləmişdir. O, həyatının çox hissəsini Livanda keçirmişdir.

Ölümü Əl-Aruri 2 yanvar 2024-cü ildə Livanın Beyrut şəhərindəki iqamətgahında İsrail Müdafiə Qüvvələrinin bombardmanı nəticəsində 58 yaşında vəfat etmişdir.

İstinadlar