Altay Ramazan oğlu Mehdiyev () — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, 2009-cu ildən 2013-cü ilə qədər Hərbi Hava Qüvvələri komandanı.

Fəaliyyəti Altay Ramazan oğlu Mehdiyev 9 yanvar 1957-ci ildə Lənkəran rayonunun Boladı kəndində anadan olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2002-ci il tarixli 720 nömrəli Sərəncamına əsasən ona general-mayor hərbi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2002-ci il tarixli 1039 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında "Qəbələ radiolokasiya stansiyasının (RLS "Daryal") statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin icrası və informasiya-analitik mərkəzində olan heyətlə bağlı məsələlərin tənzimlənməsi üçün Azərbaycan Respublikası tərəfindən səlahiyyətli nümayəndə general-mayor Altay Ramazan oğlu Mehdiyev təyin edilib.

2009-cu ilə qədər Altay Mehdiyev Azərbaycan Müdafiə Nazirliyinin 5-ci Ordu Korpusu komandirinin müavini – qərargah rəisi vəzifəsində çalışıb və Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli 320 nömrəli Sərəncamı ilə həmin vəzifədən azad edilib.

11 fevral 2009-cu ildə Azərbaycan Hərbi Hava Qüvvələrinin komandiri Rail Rzayev qətlə yetirildikdən sonra, 12 may 2009-cu il tarixinə qədər onun yeri vakant qalıb və nəhayət Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Altay Mehdiyev bu vəzifənin icrasına başlayıb.

Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2009-cu il tarixli 378 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında "Qəbələ radiolokasiya stansiyasının (RLS "Daryal") statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında" Sazişin icrası və informasiya-analitik mərkəzində olan heyətlə bağlı məsələlərin tənzimlənməsi üçün Azərbaycan Respublikası tərəfindən səlahiyyətli nümayəndə general-mayor Altay Ramazan oğlu Mehdiyev təyin edilib.

O hərbi hava əməliyyatlarının yüksək peşıkarlıqla aparılması istiqaməti üzrə təlim keçib.

2006-cı ilin iyun Ayında "Vətən Uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 noyabr 2012-ci il tarixli 305s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin Komandanı — müdafiə nazirinin müavini vəzifəsini icra edən Altay Mehdiyev Qəbələ radiolokasiya stansiyasının (RLS "Daryal") daşınar və daşınmaz əmlakının inventarlaşdırılması üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən sədri təyin edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli 328s nömrəli Sərəncamı ilə o Qəbələ radiolokasiya stansiyasının (RLS "Daryal") bağlanılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi üzrə Komissiyanın üzvü təyin olunub.

O, 2013-cü ilin oktyabr ayında HHQ komandanı vəzifəsindən azad edilib və 18 noyabr 2013-cü ildə Milli Müdafiə Universitetinin Hərbi Kollecinə rektor təyin edilib.

Təltifləri Altay Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2003-cü il tarixli 887 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə, 25 iyun 2013-cü il tarixli 2974 nömrəli Sərəncamı ilə isə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanları Kateqoriya:Azərbaycanlı generallar