Ayşə Şekibe İnsel () — türk fermer və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O, TBMM-nin 5-ci çağırışında Bursa seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib.

Şəxsi həyatı Ayşə Şekibe İnsel 1886-cı ildə İstanbulda, Şekib bəy ilə Fatma Şefika xanımın ailəsində anadan olub. O, gənclik illərini İstanbulda keçirib, İstanbul qız peşə məktəbində və İstanbul alman liseyində oxuyub.

İnsel 1905-ci ildə Mehmet Kəmaləttin bəylə evlənmiş və bu evlilikdən bir oğlu olmuşdur. Onun evlilik soyadı Akkavuk olduğu üçün mənbələrdə ona bu soyad ilə də istinad edilir. Şekibe orta təhsilinə görə və oğlunun təhsili ilə əlaqədar bir müddət Almaniyada qaldığı üçün alman dilini bilirdi. 1932-ci ildə İnselin əri vəfat etmiş və o, bir müddət Bursa ilinin İnegöl ilçəsinin İsaören kəndində məskunlaşaraq burada ailələsinə məxsus fermanı idarə etmişdir.

Ayşə Şekibe İnsel 29 mart 1970-ci ildə vəfat etmişdir.

Siyasi karyerası 1934-cü ildə qəbul edilmiş qanunla Türkiyədə qadınların seçki hüququ tanınmış və bununla da türk qadınlarına parlamentə seçmək və seçilmək hüququ verilmişdir. Bu qanunun qəbulundan sonra, 8 fevral 1935-ci ildə keçirilmiş parlament seçkilərində Ayşe Şekibe Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən namizəd göstərilmiş və 1 051 səs ilə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmişdir. Bununla da o, Türkiyə tarixində ilk dəfə parlamentə daxil olan 18 qadın siyasətçidən biri olub.

Şekibe İnsel 5-ci parlamentdə Bursa seçki dairəsinin deputatı kimi fəaliyyət göstərib. O, TBMM-nin Kənd Təsərrüfatı Əncümənində ( ) fəaliyyət göstərirdi və fermer kimi iyirmi ildən artıq təcrübəyə malik olduğu üçün işlərini kənd təsərrüfatı və fermaçılıq siyasətinə yönəltmişdi. O 1935-ci ildə təqdim etdiyi hesabatda İznikin (tarixi Nikeya) turizm üçün tarixi əhəmiyyətini vurğulayıb. Ayşe Şekibe parlamentdə 1939-cu il aprelin 3-dək xidmət etmişdir.

İstinadlar

Kateqoriya:TBMM V çağırış deputatları Kateqoriya:Cümhuriyyət Xalq Partiyasının üzvləri Kateqoriya:Türkiyənin qadın deputatları Kateqoriya:Türkiyə fermerləri Kateqoriya:Türkiyə fermerləri