Boris Çirkov Petroviç (; )—rus aktyoru. SSRİ xalq artisti (1950). Sosialist Əməyi Qəhrəmanı (1975). SSRİ Dövlət mükafatı laureatı (1941, 1947, 1949, 1952). Leninqrad Səhnə Sənəti İnstitutunu bitirmişdir (1926).

Yaradıcılığı Moskvanın müxtəlif teatrlarında işləmişdir. 1928 ildən kinoda çəkilmişdir. "Makssimin gəncliyi" (1935), "Maksimin qayıtması" (1937) və "Vıborq tərəfi" (1939) kinotrilogiyasında yaratdığı romantik təbiətli inqilabçı fəhlə obrazı Çirkova geniş şöhrət qazandırmışdır. "Çapayev" (1934), "Aleksandır Parxomenko" (1942), "Cəbhə" (1943), "Partizanlar Ukrayna meşələrində" (1943), "Qlinka" (1947), "Şərəf məhkəməsi" (1949), "Özgə hesabına dolanan adam" (1953, film tamaşa), "Sadiq dostlar" (1954), "Mənim əziz adamım" (1958). "Varislər" (1960), "Üfüq" (1962), "Günahkar mələk" (1963), "Dirilər və ölülər" (1964), Qiyamçı zastava" (1967), "Şəhərlilər" (1976) və.s. filmlərdə çəkilmişdir. Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunda dərs demişdir (1955–1963). "Dostumuz Maksim" (1972) filmi Çirkovun yaradıcılığına həsr olunmuşdur.

İstinadlar

Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin III çağırış deputatları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Rusiyanın teatr pedaqoqları