Naxçıvan – Azərbaycan Basketbol Liqasında çıxış edən basketbol komandası. Naxçıvan şəhərini təmsil edir. "Xəzri" adı ilə yaradılmışdır.

Tarixi "Xəzri" basketbol komandası 2023-cü ilin sentyabrında yaradılmışdır. Komandanın Azərbaycan Basketbol Liqasında çıxış edəcəyi 28 sentyabrda rəsmiləşmişdir. Komanda liqadakı ilk oyununu 27 oktyabrda "Neftçi" komandasına qarşı keçirmiş və 80-73 hesabı ilə qələbə qazanmışdır. Komanda ilk mövsümündəcə yarımfinalda "NTD İndigo" komandasını mübarizədən kənarlaşdıraraq final seriyasında "Sabah" komandası ilə qarşılaşmağa haqq qazanmışdır. Lakin seriyada 1-3 hesabı ilə məğlub olaraq ikinci olmuşdur.

2024-cü ildə klub ad və loqo dəyişikliyi edərək "Naxçıvan" adı altında mübarizə aparır.

Heyət

İstinadlar

Xarici keçidlər Keçmiş veb-saytı (arxivləşdirilib)

Kateqoriya:Azərbaycan basketbol klubları Kateqoriya:2023-cü ildə Azərbaycanda yarananlar Kateqoriya:Naxçıvanda idman