thumb|265x265px|Akop Ovnatanyan (1806–1881) — Ovnatanyanların sonuncu generasiyasının nümayəndəsi.

Ovnatanyanlar (, ) — erməni rəssam ailəsi. Bunlara XVII–XIX əsrlərə əhatə edən beş generasiya daxildir. Ovnatanyanlar əslən Azərbaycanın Naxçıvan Muxtar Respublikasında yerləşən Culfa rayonunun Şurud kəndindəndir.

Onlar Naxçıvan, İrəvan, Tbilisi, Üçkilsə, Sankt-Peterburq və İranda yerləşirdilər. Əsərlərinin çoxu dövrlərinin digər əsərləri kimi xristianlığa həsr olunmuşdur.

Ailə üzvləri Nağaş Ovnatan (Նաղաշ Հովնաթան) (1661–1722) Հովնաթանյաններ — ailənin qurucusu; şair, rəssam, miniatürcü, divar rəssamı və kilsə xadimi. Arutyun Ovnatanyan (Հարություն Հովնաթանյան) (XVIII əsr) — rəssam və divar rəssamı. I Akop Ovnatanyan (Հակոբ Հովնաթանյան) (1757-ci ildə vəfat etmişdir) — rəssam, miniatürist və şair. Ovnatan Ovnatanyan (Հովնաթան Հովնաթանյան) (1730–1801/1802) — divar rəssamı. Mkrtum Ovnatanyan (Մկրտում Հովնաթանյան) (1779–1846) — rəssam, Tbilisinin Xocivank qəbiristanlığında dəfn olunmuşdur. Aqafon Ovnatanyan (Աղաթոն Հովնաթանյան) (1816–1893) — rəssam. II Akop Ovnatanyan (Հակոբ Հովնաթանյան) (1806–1881) — rəssam. Ruben Ovnatanyan (1940–1999) — rəssam.

İrsi Merkuri planetindəki Ovnatanyan krateri Akop Ovnatanyanın adını daşıyır.

İstinadlar

Əlavə ədəbiyyat (in Armenian) Նախիջևան` Գլուխ հինգերորդ