Adrenalin 2: Yüksək gərginlik () — 8 may 2009-cu ildə yayımlanan, baş rollarında Ceyson Steytem və Emi Smartın oynadığı, rejissoru və ssenaristi isə Mark Neveldayn və Brayan Teylor olan döyüş filmidir.

Süjet xətti

İlk filmin bitdiyi yerdən davam edən "Adrenalin 2" Çevin Los-Anceles küçələrində ölümcül tullanışdan xilas olması və daha sonra məxfi bir Çin mafiyası tərəfindən qaçırılması ilə başlayır. Üç aydan sonra isə Çev gözlərini açır və bu zaman məlum olur ki, onun demək olar ki, ölümsüz olan ürəyi cərrahi yolla çıxarılmış və onun yerinə isə işləməsi üçün müntəzəm olaraq elektrik qüvvəsinə ehtiyacı olan batareya ilə işləyən cihaz yerləşdirilmişdir. Onu əsir saxlayanlardan təhlükəli bir formada qaçmağı bacaran Çev yenidən problemlərin içinə düşür. Bu dəfə isə o, xarizmatik meksikalı quldur dəstəsinin lideri olan El Hurondan və əslən Çindən olan bir cinayət təşkilatının rəhbəri 100 yaşlı Poon Donqdan qaçır. Tibbi yardım üçün yenidən Doktor Maylza müraciət edən Çev bu dəfə isə dostu Kaylonun əkiz qardaşı olan Veneradan da dəstək alır. Artıq nə etdiyini bilən sevgilisi Yevaya qovuşan Çev əsl ürəyini tapmaq və onu oğurlayanlardan qisas almaq qərarına gəlir. Beləliklə, o, sağ qalmaq üçün hər şeyin edilə biləcəyi Los-Anceles şəhərində yenidən maraqlı macəralara başlayır. Filmin axırında isə elektrik dirəklərindən dəstək alaraq yanmağa başlayan Çevin ürəyini həkimi yerinə qoyarkən onun öldüyü zənn edilsə də birinci filmdəki kimi yenidən gözlərini qırpır.

Aktyorlar

Ceyson Steytem - Çev Çelios Emi Smart - Yeve Laydon Efren Ramirez - Venera Duayt Yoakam - Doc Miles Reno Vilson – Orlando Klifton Kollins, Jr. - El Huron Bai Linq - Ria Art Hsu - Conni Vanq Devid Karradin - Poon Donq Ron Ceremi - özü (kameoda)

İstinadlar

Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:2000-ci illərin döyüş filmləri Kateqoriya:2000-ci illərin triller filmləri Kateqoriya:Qətl haqqında filmlər Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:2009-cu ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin detektiv filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:ABŞ-nin qara yumor filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:Lionsgate filmləri Kateqoriya:2009-cu ilin döyüş-triller filmləri Kateqoriya:Qeri Luçesinin prodüseri olduğu filmlər Kateqoriya:Kiborq haqqında filmlər