Katarjina Aqata Kotula (; ) — Polşalı müəllim və siyasi fəal, Yeni Sol Partiyasının üzvü.
O, 2023-cü il 13 dekabrdan Polşa Respublikasının Bərabərlik naziri vəzifəsini icra edir. 2019-cu ildən Polşa Respublikası Seyminin IX və X çağırış deputatıdır. O, həmçinin feministdir. Həyatı Katarjina Kotula 1 fevral 1977-ci ildə Qərbi Pomeraniya voyvodluğunun Qrifino şəhərində anadan olub.
Uşaq vaxtından Qrifinonun "Energetik" klubunda tennis oynayan Katarjina 2022-ci ilin noyabrında, 2017-ci ildə Polşa Tennis Assosiasiyasının (PZT) prezidenti seçilən keçmiş məşqçisi Miroslav Skşipçinskonu təcavüzdə ittiham etdi. 2022-ci il 22 noyabrda Onet Wiadomości portalına verdiyi müsahibəsində Kotula, məşqçi Skşipçinskonun ona 13-14 yaşlarında bir neçə dəfə təcavüz etdiyini bildirib. Kotula, məşqçini digər azyaşlı tələbələrə qarşı da cinsi təcavüzdə ittiham edib. Bütün bunların nəticəsində noyabrın 24-də Polşa Tennis Assosiasiyasının rəhbəri Miroslav Skşipçinsko istefa verdi.
2016-cı ildə Adam Mitskeviça adına Poznan Universitetində ingilis dili və ədəbiyyatı filologiyası üzrə magistr dərəcəsini alıb.
Təxminən 20 il Qrifinoda özəl və dövlət məktəblərində ingilis dilindən dərs deyib.
O, 2016-cı ildən Polşada abort qanunlarının sərtləşdirilməsinə qarşı keçirilən "qadınların tətili"nin fəalı və lideridir.
Əlilliyi olan insanlara dəstək verməklə, Katarjina Kotula BMT-nin Əlillərin hüquqları haqqında Konvensiya həyata keçirilməsinə dəstək verir.
"Robert Bedronya Baharı" Partiyasının yaradılmasında iştirak etmişdir. 2019-cu il 26 mayda 13-cü seçki dairəsindən (Lubuş və Qərbi Pomeraniya voyvodluqları) Avropa Parlamentinə seçkilərdə iştirak edərək, topladığı 3143 səslə Parlamentə seçilə bilmədi.
2019-cu il 13 oktyabr parlament seçkilərinin nəticələrinə əsasən, o, Qərbi Pomeraniya voyvodluğu 41-ci (Şçecin) seçki dairəsində 7557 səslə IX çağırış Polşa Seyminə deputatı seçildi. Seymdə nizamnamələr, deputatların işləri və toxunulmazlıqlar komitəsinin sədr müavini və Sosial siyasət və Ailə Komitəsinin üzvü oldu. 2020-ci ilin oktyabrında "Robert Bedronya Baharı" Partiyasının mətbuat katibi olan Katarjina 2021-ci ilin iyununda, partiyanın dağılmasından sonra, Yeni Sol partiyanın üzvü oldu. Noyabrda o, Yeni Sol Partiyasının Qərbi Pomeraniya voyvodluğu bölməsinin həmsədri seçildi. 2023-cü il oktyabrın 15-də keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, o, Pomeraniya voyvodluğu 25-ci (Qdansk) seçki dairəsindən 33122 səslə X çağırış Polşa Seyminə "Yeni Sol" Partiyasından deputat seçildi.
2023-cü il 13 noyabrda X çağırış Seymin ilk iclası ərəfəsində keçirilən mətbuat konfransında deputatlar Katarjina Kotula və Anna Mariya Jukovska, həmçinin senator Maqdalena Bejat Seymə iki qanun layihəsinin: liberallaşdırma və abort haqqında qanun layihələrinin təqdim olunduğunu elan etdilər.
Dekabrın 12-də Seym tərəfindən vəzifəsi təsdiqlənən Katarjina Kotula 13 dekabr 2023-cü ildə Donald Tuskun sədrlik etdiyi koalisiya hökumətində Bərabərlik naziri kimi and içib. Şəxsi həyatı Katarjina Kotulanın bir qızı var.
İstinadlar