thumb|İnsident iştirakçısı Asaiçi İsobe.|180px və ya – 1934-cü ilin noyabrında Yaponiyada baş vermiş hərbi çevriliş cəhdi.

Tarixi 1934-cü ilin noyabrında İmperiya yolu fraksiyasına (Kodoha) mənsub olan bir sıra zabitlər və Hərbi Akademiyadakı bir sıra kursantlar hərbi çevrilişə cəhd etməyi planlaşdırdıqları səbəbilə həbs olunmuşdur. Yaponiya Ordu Nazirliyi belə bir planın mövcudluğundan xəbər tutmuş, kapitan Koci Muranaka və leytenant Asaiçi İsobeni həbs etmişdir. Dəlillərin azlığı səbəbilə onlar təqsirkar hesab olunmamış, lakin altı ay müddətinə uzaqlaşdırılmışdırlar. Kursantlar isə akademiyadan xaric edilmişdirlər.

Hadisədən sonra Hərbi Akademiya insidenti Kodoha ilə Toseyha (Kontrol fraksiyası) arasındakı münasibətlərin gərginləşməsinə səbəb olmuşdur. Kodoha bu hadisənin Toseyha tərəfindən hərbi təhsil üzrə inspektor olan Cinzaburo Mazakini gözdən salmaq məqsədilə uydurulduğunu iddia etmişdir. Belə ki, Mazaki Kodohaya qarşı açıq simpatiyası ilə tanınırdı.

İnsident Mazakinin vəzifədən uzaqlaşdırılması, davamçısı olan Tetsuzan Naqatanın bir Kodoha zabiti tərəfindən öldürülməsi ilə nəticələnmişdir. 1936-cı ildə baş vermiş 26 Fevral insidentində Muranaka və İsobe də iştirak etmişdirlər.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:1934-cü ildə Yaponiya Kateqoriya:1934-cü ildəki münaqişələr Kateqoriya:Yaponiyada üsyanlar Kateqoriya:Dövlət çevrilişləri