– 2017-ci ildə Yaponiyanın Toçiqi prefekturasının Nasu qəsəbəsində baş vermiş qar uçqunu hadisəsi. Hadisə nəticəsində 8 nəfər ölmüşdür.
Hadisə 25 mart 2017-ci ildə 7 liseydən olan 52 şagird və 11 müəllim üç günlük alpinizm ekspedisiyası üçün Toçiqi prefekturasında yerləşən Nasu xizək kurortuna səfər etmişdir. Hadisədən bir gün əvvəl güclü qar yağışı səbəbilə qar uçqunu təhlükəsi barədə xəbərdarlıq yayımlanmışdı.
Ekskursiyasının sonuncu günündə – 27 martda Çausudake dağının yaxınlığında keçirilmiş yürüyüş təlimi zamanı baş verən qar uçqunu nəticəsinə 7 şagird və bir müəllim ölmüş, 40 nəfər yaralanmışdır. Ölənlərin çoxu Otavara liseyinin alpinizm klubunun üzvləri idi. Xilasetmə işlərinə 100-dən çox xilasedici cəlb olunmuşdur. Hadisədən sonra xizək kurortu mövsümün sonuna qədər bağlanmışdır.
İstintaq 2023-cü ildə Toçiqi prefekturası hadisə nəticəsində ölən 5 nəfərin ailələrinə 290 milyon yen təzminat ödəmişdir.
2024-cü ilin mayında keçirilmiş məhkəmə prosesi nəticəsində ekskursiyaya rəhbərlik etmiş Şuiçi İnose, Hisao Suqamata və Hironori Vatanabe təhlükəsizlik məsələlərindəki məsuliyyətsizliyə və qar uçqunu riskini nəzərə almamalarına görə ölümlərdən məsul hesab edilmiş və 2 il müddətinə həbs olunmuşdurlar.
İstinadlar
Xarici keçidlər Hadisəyə həsr olunmuş sayt
Kateqoriya:Qar uçqunları Kateqoriya:2017-ci ildə Yaponiya Kateqoriya:2017-ci ildəki təbii fəlakətlər Kateqoriya:Yaponiyadakı təbii fəlakətlər Kateqoriya:Nasu