Sona Rəhimova () — azərbaycanlı peşəkar qadın futbolçu. "Azərbaycan Yüksək Qızlar Liqası"nda çıxış edən "Neftçi" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət A milli komandasının müdafiəçisi
Həyatı və karyerası 2001-ci ildə Bakıdan anadan olmuşdur.
2015-cı ildə "Vətən" klubu ilə peşəkar karyeraya başladı. Həmin sezon ölkə çempionu olan Sona, 2016-cı ildə klubunu dəyişərək "8-li İOEUGİM" klubuna keçid etdi.
2017/2018-ci illərdə, Azərbaycan Yüksək Qızlar Liqasında parlamağa başladı. Belə ki, həmin sezon keçmiş adı ilə "Təhsil"də oynayan zaman liqanın ən məhsuldar futbolçusu adına layiq görüldü. O mövsüm ərzində 35 qol vurmuşdur. Bununla da, bürünc medal verildi ona. Növbəti sezon da, eyni şəkildə 3-cü olan komanda, "Azərbaycan Kuboku"nda da 2-cilik əldə etmişdir.
2020-ci ildə Gürcüstanın "Nike" klubunda çıxış etməyə başladı.
2021-ci ildə "Kayserispor" klubuna keçid etdi. Sezonun digər yarısında isə, eyni bölgənin "Kayseri Gənclərbirliyi" klubuna transfer oldu.
2022-ci tarixdə, peşəkar futbol karyerasına "Amedspor" klubunda davam etdi. 2023-cü ilə qədər "Amedspor"-da çıxış edən futbolçu, karyerasına "Giresunspor" klubunda davam etdirdi.
2024-cü ildə isə, Qazaxıstanın "Okzhetpes" klubuna keçid etdi.
2024-2025 sezonunda isə "Neftçi" klubuna transfer oldu. Klubda 2 sezon ard-arda çempionluq əldə etdi.
Milli Karyerası 2017-ci ildən 2018-ci ilə qədər U17 yaş qrupu üzrə Azərbaycan millisində çıxış etib. Həmin illərdən etibarən isə, A Milli yığmanın formasını geyinməyə başladı.
Uğurları Neftçi frameless|16x16px 'Azərbaycan Yüksək Qızlar Liqası: Çempion (2) - (2024/2025, 2025/2026)
Vətən frameless|16x16pxAzərbaycan Yüksək Qızlar Liqası: Çempion - (2015/2016) 8-li İOEUGİM frameless|16x16pxAzərbaycan Kuboku: Gümüş medal - (2018/2019) frameless|16x16pxAzərbaycan Yüksək Qızlar Liqası: Gümüş medal - (2017/2018, 2018/2019)
Şəxsi Nailiyyətləri frameless|16x16px Yüksək Qızlar Liqası: Bombardir (2017/2018, 2018/2019) https://web.archive.org/web/20180916111108/http://www.affa.az/index.php/yarlar/yksk-liqa-qzlar/bombardir/57092
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın futbolçuları Kateqoriya: Okjetpes (qadın) futbolçuları Kateqoriya:Qadın futbol hücumçuları Kateqoriya:Qadın futbol yarımmüdafiəçiləri Kateqoriya:Azərbaycanın qadınlardan ibarət milli futbol komandası futbolçuları