və ya – Senqoku dövründə yaşamış yapon tarixi şəxsiyyət. Oda Nobunaqanın kiçik bacısı olmuşdur.

Həyatı Oiçi 1547-ci ildə Ovari əyalətində doğulmuşdur. Öz gözəlliyi ilə məşhur olmuşdur. 1568-ci ildə qardaşı Oda Nobunaqanın istəyi ilə daymyo Azay Naqamasa ilə evlənmişdir. Ərinin Omi əyalətində yerləşən Odani qəsrində yaşadığı üçün Odani no Kata adını götürmüşdür.

1570-ci ildə Naqamasa Nobunaqaya qarşı çevrilmiş və 1573-cü ildə onun tərəfindən məğlub edilmişdir. Nobunaqa bacısının və üç kiçik qızının həyatı bağışlasa da, iki körpə oğlunun öldürülməsini əmr etmişdir. Oiçi bir müddət hamıdan ayrı yaşasa da, 1582-ci ildə Nobunaqanın öldürülməsindən sonra Oda Nobutaka ona müttəfiqi daymyo Şibata Katsuie ilə evlənməyi əmr etmişdir. 1583-cü ildə Toyotomi Hideyoşi Kitanaşo mühasirəsini başlatmış və yaşadığı qəsri məhv etmişdir. Oiçi əri ilə birlikdə yanğında ölməyə qərar vermişdir.

Qızları Oiçinin üç qızı Yaponiya tarixində vacib şəxsiyyətlər olmuşdurlar. Birinci və ən məşhur qızı Yodo-dono Toyotomi Hideyoşinin ikinci arvadı və Toyotomi Hideyorinin anası olmuşdur. Ən kiçik qızı Oeyo şoqun Tokuqava Hidetada ilə evlənmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Oda klanı Kateqoriya:Yaponiyada intihar edənlər