– Yaponiya biznesmeni. 1910-cu ildə "Hitachi" şirkətini təsis etmişdir.
Həyatı 1874-cü ildə Yaponiyanın Toçiqi prefekturasında yerləşən İenaka kəndində doğulmuşdur. Elektrik mühəndisi olmağa qərar vermiş və Tokio Universitetindən məzun olmuşdur. "Tokyo Dento" şirkətində işlədikdən sonra 1906-cı ildə "Kuhara Koqyoşo" şirkətinin Hitaçi mədənində yerləşən təmir dükkanında işləməyə başlamış, beş at gücünə malik induksiya motoru hazırlamışdır. Bu, yapon bir şəxs tərəfindən dizayn edilmiş və hazırlanmış ilk belə motordur. Motor 2023-cü ildə əhəmiyyətli mədəni mülk statusu almışdır.
Odayra mədənçilik əməliyyatlarının səmərəliliyini artırmaq məqsədilə elektrik avadanlıqlarının istehsalına başlamışdır. 1910-cu ildə "ali, orijinal texnologiyalar və məhsullarla cəmiyyətə töhfələr vermək" üçün mədənin təmir bölməsi əsasında "Hitachi" şirkətini təsis etmişdir. 1929–1947-ci illərdə şirkətin prezidenti olmuş, şirkəti Yaponiyanın aparıcı elektrik avadanlıqları şirkətlərindən birinə çevirmişdir.
Şəxsi həyatı Qolf, rəssamlıq, keramika sənəti məşğul olduğu əsas hobbilər olmuşdur.
Xatirəsi 2021-ci ilin noyabrında "Hitachi" şirkəti tərəfindən Odayra Memorial Muzeyi açılmışdır. 8 may 2024-cü ildə muzey 50.000-ci ziyarətçisini qəbul etmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiyanın iş adamları Kateqoriya:Yaponiyanın şirkət təsisçiləri