Eviniz abad ― 2018-ci ildə çəkilmiş Azərbaycan filmi.
Film Azərbaycan və Gürcüstanda çəkilib.
Məzmun Film müharibədə torpaqlarını, əzizlərini, evini itirmiş iki gəncin — azərbaycanlı Qafar və gürcü qızı Leylanın sevgi hekayəsindən bəhs edir. Qafarı səhvən köşklə birgə Gürcüstana aparırlar. Köşkünü geri almaq istəyəndə onun kimi evsiz gürcü qızı Leyla ilə rastlaşır. Film müharibələrdə evlərini itirmiş bütün insanlara həsr olunub.
Filmin heyəti
Film üzərində işləyənlər
Quruluşçu rejissor: Mirsadıq Ağazadə
Ssenari müəllifləri: İmir Məmmədli, Mirsadıq Ağazadə
Quruluşçu operatorlar: Elxan Rüstəmov, Ruslan Ağazadə
Rəssam: Əziz Məmmədov
Bəstəkar: Rauf Əliyev
İkinci rejissor: Akif Rüstəmov
İcraçı prodüser: Ülvi Qasımov
Prodüser: Müşfiq Hətəmov
Rollarda Sənan Əlləz, Nino İaşvili, Zaza Qoquadze, Kamran Şahmərdan, Paata Quliaşvili, Qorxmaz Əlicanzadə, Zanda İoseliani, Nofəl Quliyev, Sofiya Qorelaşvili, Oleq Əmirbəyov və başqaları.
Həmçinin baxın
Azərbaycan filmlərinin siyahısı 2018-ci ilin Azərbaycan filmləri
İstinadlar
Xarici keçidlər
Filmi izlə Kateqoriya:Azərbaycan filmləri Kateqoriya:2018-ci ilin Azərbaycan filmləri Kateqoriya:2018-ci ilin filmləri