501 nömrəli kamera ― 1966-cı ildə çəkilmiş Türkiyə filmi.

Məzmun Filmdə sovet rejimi dövründə Bakıda Hərbi Hava Məktəbinin Uçuş Bölməsinin komandiri olarkən KQB tərəfindən barələrində ölüm hökmü çıxarılmış və Türkiyədə mühacir həyatı yaşamalı olmuş azərbaycanlı zabit Məmməd Altunbay və istiqlal yoldaşlarının fəaliyyətindən bəhs olunur.

Film haqqında Məmməd Altunbay Türkiyədə mühacir həyatı yaşadığı dövrdə İstanbulda "Hürriyyət" və "Yeni səhər" qəzetində xatirələrini "Türk təyyarəçisi Məhəmməd Altunbay Rusiyadan necə qaçdı?" və "Cəhənnəmdə gördüklərim" başlıqları ilə yayımlayır. Sonradan bu xatirələrini ssenari şəklinə salıb Türkiyə Baş qərargahı sədrliyinə təqdim edir. Tədqiqat nəticəsində 1966-cı il dekabrın 6-da Baş qərargah sədrinin əmrilə Türk Silahlı Qüvvələrinin milli və əxlaqi tərbiyəsi üçün faydalı hesab edilən ssenari əsasında "501 nömrəli kamera" filminin çəkilməsi məsləhət görülür. Camal Tural paşanın yaxından köməyi nəticəsində Məmməd Altunbayın həyatı Türk Ondusunun zabitləri tərəfindən Aytən Gökçər, Cüneyt Gökçər və digər dövlət teatrlarının tanınmış artistlərinin iştirakı ilə kinoya çəkilir.

Məmməd Altunbay sonradan xatirələrində qeyd edir:

Filmin heyəti

Film üzərində işləyənlər Quruluşçu rejissor: Nüsrət Əraslan Təsvir rejissoru: Gani Turanlı Ssenari müəllifləri: Nüsrət Əraslan, Məmməd Altunbay Operator: Yaşar Kutun Bəstəkar: Nevit Kodallı Rəssam: Refik Eren

Rollarda Cüneyt Gökçer Ayten Gökçer Şahap Akalın İlyas Avcı Tekin Akmansoy Gülsen Alnıaçık Coşkun Kara Muammer Esi Ferdi Merter Fosforoğlu Azmi Örses Atif Kaptan Bozkurt Kuruç Semih Sergen

Həmçinin baxın 1966-cı ilin filmləri

İstinadlar

Xarici keçidlər Filmi izləyin (I hissə) Filmi izləyin (I hissə)

Kateqoriya:Türkiyə filmləri Kateqoriya:1966-cı ilin filmləri Kateqoriya:Azərbaycan haqqında filmlər Kateqoriya:Tarixi filmlər Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Müharibə filmləri