right|thumb|Strasburqdakı kafedralın yaxından görünüşü

Strasburq kafedralı və ya Strasburq Notr-Dam kafedralı () — Fransanın Strasburq şəhərində yerləşən katolik kafedralıdır. Onun bir çox hissəsi Roman memarlığı üslubunda olsa da, son dövr qotika memarlığının ən gözəl əsərlərindən biri hesab olunur.Susan Bernstein: Goethe's Architectonic Bildung and Buildings in Classical Weimar, The Johns Hopkins University Press"Strasbourg Cathedral Hangs On" , The Christian Science Monitor, 13 October 1991"Art: France's 25", Time, 2 April 1945 Onun tikintisinə 1015-ci ildə başlanılmış və tikinti işləri 1439-cu ildə başa çatdırılmışdır. Ervin von Steinbax 1277-ci ildən vəfat etdiyi 1318-ci ilə qədər bu tikiliyə əhəmiyyətli töhfələr vermişdir. 1647–1874-cü illər arasında bu tikili 142 m hündürlüyü ilə dünyanın ən hündür binası olmuşdur. Sonralar isə bu titulu Hamburqdakı Müqəddəs Nikolay kilsəsinə vermişdir. Hal-hazırda isə bu bina dünyanın altıncı ən hündür kilsəsi hesab olunur.

Viktor Hüqo bu kafedralı "nəhəng və incə möcüzə" kimi təsvir etmişdir.

Qalereya

İstinadlar

Kateqoriya:1430-cu illərdə tamamlanmış kilsələr Kateqoriya:XII əsrə aid kilsələr Kateqoriya:Müqəddəs Məryəmə ithaf edilmiş kafedrallar Kateqoriya:Bakirə Məryəmə ithaf edilmiş kafedrallar Kateqoriya:Günbəzli kilsə binaları Kateqoriya:Dünyanın keçmiş ən hündür binaları Kateqoriya:Fransanın qotik kafedralları