Fazil Köçəri oğlu Ağalarov — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı; Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordu Komandanının sabiq birinci müavini — Qərargah rəisi.

Hərbi xidməti Əslən Goranboy rayonunun Xan Qərvənd qəsəbəsindən olan Fazil Ağalarov uzun illərdir Əlahiddə Ümumqoşun Orduda xidmət edir. Azərbaycan Prezidentinin fərman və sərəncamlarına əsasən 2003-cü ildə "Vətən uğrunda" medalı, 2007-ci ildə "Hərbi xidmətlərə görə" medalı, 2020-ci ildə isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini — Qərargah rəisidir.

Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələri Veteranı", 2-ci və 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalları, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi yubiley medalları ilə də təltif edilib.

2024-cü ilin dekabr ayında xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

İstinadlar

Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycanlı generallar