right|thumb| Bürcilər dövründə Məmlük sultanlığı

Bürcilər (; əl-Məmalik əl-Bürciyyə) — 1382-ci ildən 1517-ci ilə qədər Məmlük sultanlığında hakimiyyətdə olmuş çərkəz əsilli sülalə. "Bürc" sözü "qala divarlarının üstü" mənasındadır. Belə ki, bu sülalədən olan məmlüklərin hərbi düşərgələri Qahirə qalası daxilində yerləşirdi.

Bürci hakimiyyəti Məmlük sultanlığında qeyri-sabit dövr olmuş və sülalədən olan Məmlük sultanlarının hakimiyyətləri əsasən qısa çəkmişdir. Bu sülalənin üzvləri arasında taxt-tac uğrunda çəkişmələr Məmlüklərin nəzarətində olan Kipr adasının Əmir Teymurun qüvvələri tərəfindən işğalına və daha sonra Məmlüklərin Osmanlılara məğlub olmasına və beləliklə Məmlük sultanlığının süqutuna səbəb oldu.

Tarixi 1250-ci ildən başlayaraq Məmlük sultanlığı qıpçaq-türk əsilli Bəhri sülaləsi tərəfindən idarə olunurdu. 1377-ci ildə Suriyada başlayan üsyanla dövlətin idarəçiliyi çərkəz məmlüklərin əlinə keçdi və 1382-ci ildə Bürcilərdən olan Seyfəddin Bərkuk Məmlük taxtına çıxdı. Bəhri sülaləsindən olan Zeynəddin Hacı 1389-cu ildə hakimiyyəti ələ keçirsə də, 1390-cı ildə Bərkuk yenidən hakimiyyətini bərpa etdi. Bu dövrdən etibarən Məmlük sultanlığında Bürci sülaləsi hakimiyyətə keçdi.

Bürci sultanları

İstinadlar

Ədəbiyyat Clot, Andre (2009), L'Égypte des Mameloüks 1250-1517. L'empire des esclaves Paris:Perrin ISBN 978-2-262-03045-2. Tür. çev.: Clot, Andre (çev. Turhan Ilgaz) (2005), Kölelerin İmparatorluğu Memlüklerin Mısır'ı, İstanbul:Epsilon Yayınları ISBN 9753317727. Bosworth, Clifford Edmund (1967) The new İslamic dynasties: a chronological and genealogical manual Edinburgh:Edinburgh University Press İSBN 978-0-7486-2137-8 Google Books (Erişim:2.7.2010) Muir, William (2007) The Mameluke or slave dynasty of Egypt, 1260-1517 Piscataway, NJ: Görgias Press. İSBN 978-1-59333-697-4. (Birinci basım: Smith, Elder 1896) El-Makrizi (1997), Al Selouk Leme'refatt Dewall al-Melouk, Kahire: Dar al-kotob, . İng. çev.: Bohn, Henry G. (çev.), (16969) The Road to Knowledge of the Return of Kings, Chronicles of the Crusades, AMS Press. El-Makrizi, (1996) al-Mawaiz wa al-'i'tibar bi dhikr al-khitat wa al-'athar, Kahire:Matabat aladab, ISBN 977-241-175X . Kateqoriya:İslam tarixi Kateqoriya:Məmlük dövləti Kateqoriya:Misir tarixi Kateqoriya:Suriya tarixi Kateqoriya:1382-ci ildə yarananlar Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Tarixi türk dövlətləri