Yaylagül Ramazanova () — Azərbaycanı təmsil edən oxatan.
Karyerası Yaylagül Ramazanova 2015-ci ilin iyununda Birinci Avropa Oyunlarında mübarizə aparıb. 2018-ci ilin iyununda Azərbaycan Çempionatının qalibi olub.
Azərbaycanı 2019-cu ildə Dünya Çempionatında, 2016, 2018, 2021 və 2022-ci illərdə isə Avropa Çempionatlarında təmsil edib.
2023-cü ilin iyununda Polşada baş tutan III Avropa Oyunlarının açılış mərasimində Yaylagül Ramazanova Azərbaycan bayrağını aparıb.
Yaylagül Ramazanova 2024-cü ilin iyununda Antalya şəhərində Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən olimpiya lisenziyasına sahib oldu. Ramazanova bu idman növü üzrə olimpiada da mübarizə aparan birinci azərbaycanlı idmançı oldu.
Paris Olimpiadasında Yaylagül Ramazanova iyulun 25-də təsnifat mərhələsində (sıralanma turu) mübarizə apardı. Həmin mərhələdə Ramazanova 647 xal topladı və 64 idmançı sırasında 39-cu pillədə başa vurdu. Bununla da onun 1/32 final mərhələsində rəqibi Çin nümayəndəsi An Qixuan oldu. İyulun 30-da gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ramazanova rəqibi üzərində 6:5 hesabı ilə qələbə qazanaraq olimpiadanın 1/16 final mərhələsinə adladı. Bununla da Yaylagül Ramazanova bu idman növü üzrə olimpiadalarda mərhələ adlamağı bacaran birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. Bu mərhələdə isə onun rəqibi Almaniya nümayəndəsi Mişelle Kroppen oldu. Rəqib 2020-ci il olimpiadasının bürünc medalçısı, Dünya və Avropa Çempionatının qalibi olan 28 yaşlı təcrübəli idmançı idi. Həmin görüşdə Yaylagül Ramazanova rəqibinə 2:6 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini 17-ci pillədə başa vurdu. Məğlubiyyətdən sonra Yaylagül Ramazanova müsahibəsində bunları bildirdi: "Gündə 2 dəfə məşq edirdim. Təəssüf medalsız qayıdacağam. Buna baxmayaq, mənim üçün yaxşı təcrübə oldu".
5-7 fevral 2025-ci il tarixlərində Bakıda keçirilən kamandan oxatma üzrə Azərbaycan çempionatında qızıl medalı qazanaraq Azərbaycan çempionu titulunun sahibi olmuşdur.
Şəxsi həyatı 2 oktyabr 2024-cü ildə övladı dünyaya gəlib.
İstinadlar
Kateqoriya:Azərbaycanın qadın oxatanları Kateqoriya:Azərbaycanın olimpiya oxatanları Kateqoriya:2015 Avropa Oyunlarında oxatanlar Kateqoriya:2023 Avropa Oyunlarında oxatanlar Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında oxatanlar Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın idman ustaları