Cream — İngiltərə rok qrupu. Qrupun üzvləri Cek Brüs (bas gitara), Erik Klepton (gitara) və Cincr Beyker (zərb alətləri) olmuşdur. Cream ilk super-qrup hesab olunur. Qrup üzvləri instrumental ifa bacarıqlarına görə yüksək qiymətləndirilmişdir.
Qısamüddətli üç illik fəaliyyəti ərzində qrup dörd albom buraxmışdır: "Fresh Cream" (1966), "Disraeli Gears" (1967), "Wheels of Fire" (1968) və "Goodbye" (1969). "Disraeli Gears" albomunun buraxılış ərəfələrində prodüser və multi-instrumental ifaçısı Feliks Pappalardi studiyada qrupa qoşulmuşdur. Onların musiqisi blüz-rok, psixodeliya və hard rok kimi rok musiqi janrlarını əhatə edirdi. Cream fəaliyyət müddətində dünya üzrə 15 milyondan çox səsyazma nüsxəsi satmışdır. Qrupun üçüncü albomu, "Wheels of Fire" (1968) ilk platin-satışlı cüt albom olmuşdur. Onlar "Sunshine of Your Love" (1967) və "White Room" (1968) kimi mahnılarla beynəlxalq hitlərə imza atmışdır.
Brüs və Beyker arasındakı gərginlik 1968-ci ilin may ayında qrupun dağılmasına səbəb olmuş, lakin qrup son dəfə "Goodbye" albomunu buraxmış və turneyə çıxmışdır. Tur, 1968-ci ilin 25 və 26 noyabr tarixlərində Royal Albert Hall-da iki son vida konserti ilə başa çatmışdır. Bu konsertlər lentə alınıb kinoteatrlarda nümayiş olunmuşdur.
1993-cü ildə Cream Rok-n-roll şöhrət zalına daxil edilmişdir."Cream: inducted in 1993" . The Rock and Roll Hall of Fame and Museum. Retrieved 25 April 2012 Onlar həm "Rolling Stone", həm də VH1-in "Bütün zamanların ən böyük 100 sənətkarı" siyahısında müvafiq olaraq 67 və 61-ci yerdə salınmışdır. Onlar həmçinin VH1-in "Hard-rokun 100 ən böyük sənətkarı" siyahısında 16-cı yerdə qərarlaşmışdır.
Heyət
Qrup üzvləri Cincr Beyker — zərb alətləri, aparıcı və geri vokal (2019-cu ildə vəfat etmişdir) Cek Brüs — aparıcı və geri vokal, bas gitara, klavişli alət, piano, harmonika, violonçel, akustik gitara, fleyta (2014-cü ildə vəfat etmişdir) Erik Klepton — aparıcı və ritm gitara, geri və aparıcı vokal
Sessiya iştirakçıları Pit Braun – sözlər, həmmüəllif (1966–1969; 2023-cü ildə vəfat edib) Feliks Pappalardi – istehsal, viola, zınqırov, orqan, truba, tonet, mellotron, piano, bas gitara (1967–1969; 1983-cü ildə vəfat edib) Mayk Teylor – həmmüəllif (1968; 1969-cu ildə vəfat etmişdir) Corc Harrison – ritm gitara (1969; 2001-ci ildə vəfat etmişdir)
Diskoqrafiya
Fresh Cream (1966) Disraeli Gears (1967) Wheels of Fire (1968) Goodbye (1969)
Həmçinin bax Albom dövrü
İstinadlar
Xarici keçidlər
Ginger Baker's official website Jack Bruce's official website Eric Clapton's official website Kateqoriya:Polydor Records artistləri Kateqoriya:Həyatı boyu müvəffəqiyətlərinə görə Qremmi mükafatı laureatları Kateqoriya:Britaniya rok-qrupları