Lənkəran bulvarı (rəsmi adı ilə: Lənkəran Sahil bulvarı) — Azərbaycanın Lənkəran şəhərində, Xəzər dənizinin sahilində yerləşən bulvar.
Tarixi Bulvar 11 avqust 2006-cı ildə əhalinin istifadəsinə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bulvarın açılışında iştirak etmiş, burada yaradılan istirahət zonaları ilə tanış olmuşlar. Bulvar daxilində müxtəlif uşaq əyləncə zonaları, istirahət guşələri, kafe və restoranlar da mövcuddur.
İstinadlar
Kateqoriya:Lənkəran Kateqoriya:Azərbaycan bulvarları Kateqoriya:Azərbaycan parkları