UEFA Avropa Kuboku 2012 — AVRO-2012-nin rəsmi loqosunda üç budaqlı gül gövdəsi əksini tapıb. Qırmızı-ağ rəngli sol budaq Polşanın bayrağını əks etdirir, sağ budaq Ukraynanın bayrağının göy-sarı rənglərindədir. Onların arasındakı budağın ətrafında sarı-ağ rəngli futbol topu təsvir olunub. Gövdə EURO-2012 yazılan zoğalı rəngli kökdən böyuyür. Avropa çempionatının şüarı isə "Birgə tarix yaradaq" sözləridir. 2009-cu ilin dekabrında Kiyevdə təqdim olunan şüar zoğalı rəngli qumaş parçası üzərində Polşa və Ukrayna dillərində ağ rəngli hərflərlə yazılıb.
Seçmə mərhələ Meydan sahibləri Polşa və Ukrayna birbaşa final mərhələsinə qatılır. Digər komandalar isə 9 qrupda 14 vəsiqə üçün mübarizə aparacaq. Bu isə o deməkdir ki, 6 qrupun hərəsində 6, 3 qrupun hər birində isə 5 yığma mübarizə aparacaq.
Qrup qalibləri birbaşa Avropa çempionatına yüksələcək. İkinci yerin sahiblərindən də biri eyni hüququ əldə etmiş olacaq. Qruplarda ikinci yeri tutan digər 8 yığma isə pley-off oyunlarında qalibi müəyyənləşdirəcək. Seçmə mərhələnin püşkatma mərasimi gələn 2010-cu il fevralın 7-də Polşanın Varşava şəhərində keçiriləcək.
Səbətlər 1. Səbət2. Səbət3. Səbət4. Səbət5. Səbət6. Səbət
2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının (AÇ) seçmə mərhələsinin püşkatması zamanı milli komandaların yer alacağı səbətlərin yekun tərkibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının pley-off mərhələsi başa çatdıqdan sonra AÇ-2012-nin seçmə oyunlarında iştirak edəcək 51 kollektivin hər birinin potensial rəqibləri məlum olub. 2010-cu il fevralın 7-də Polşanın paytaxtı Varşavada atılacaq seçmə mərhələnin püşkü atılacaq. Həmin mərasimdə iştirakçılar 9 qrupa bölünəcək. A-F qruplarının hər birində 6, G-İ qruplarında isə 5 komanda mübarizə aparacaq. Püşkatma zamanı ilk 5 səbətdə 9, sonuncu səbətdə isə 6 yığma yer alacaq. Avropanın ən zəif 6 yığması da məhz 6 komandadan ibarət qruplara paylanacaq. Sonuncu səbətdə ən yüksək reytinqə malik Azərbaycan milli komandasının da 6 komandalı qrupa düşəcəyi dəqiqdir.
Qeyd edək ki, seçmə mərhələnin oyunları gələn ilin sentyabrında start götürəcək. 2011-ci ilin noyabrınadək davam edəcək yarışlar şənbə və əvvəlki kimi çərşənbə deyil, çərşənbə axşamları keçiriləcək. Qrup qalibləri və ikinci yerlər arasında ən yaxşı nəticə göstərən bir komanda birbaşa AÇ-2012-nin final mərhələsinə yüksələcək. İkinci yeri tutan digər 8 kollektiv isə pley-offda qarşılaşaraq, son dörd "xoşbəxt"i müəyyənləşdirəcək.
Final mərhələsi 2012-ci ildə Polşa və Ukraynada keçiriləcəkdir.
Final mərhələsinə vəsiqə qazanmış ölkələr: Polşa Ukrayna
Stadionlar 2012 Avropa Kubokunda 31 oyun oynanılacaq. 16 oyuna Ukrayna, 15 oyuna isə Polşa ev sahibliyi edəcək. Oyunların keçiriləcəyi şəhər və oyun sayısı belədir: Varşava: açılış oyunu daxil olmaqla 3 qrup oyunu, 2 dörddə bir final və bir yarı final(cəmi 6 oyun) Qdansk: 3 qrup oyunu Vroslav: 3 qrup oyunu Poznan: 3 qrup oyunu Kiyev: 3 qrup oyunu, 2 dörddə bir final və bir yarı final və final (cəmi 7 oyun) Lvov: 3 qrup oyunu Xarkov: 3 qrup oyunu Donetsk: 3 qrup oyunu
Varşava Poznan Vroslav Qdansk Varşava Milli Stadionu Tutumu: 55,920 Miejski Stadionu (Poznan) Tutumu: 45,830 Miejski Stadionu (Vroslav)Tutumu: 45,771 PGE Arena QdanskTutumu: 44,000 190px| 180px 170px 200px 300px Kiyev Donetsk Lvov Xarkov Milli Olimpiya İdman KompleksiTutumu: 69,004 Donbas ArenaTutumu: 51,504 Yeni Lvov StadionuTutumu: 33,500 Metalist StadionuTutumu: 41,411
İstinadlar
Kateqoriya:İllərinə görə UEFA Avropa Kuboku Kateqoriya:Polşanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:Ukraynanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri Kateqoriya:2012-ci ildəki hadisələr Kateqoriya:2012-ci ildə Polşa Kateqoriya:2012-ci ildə Ukrayna Kateqoriya:2011/2012 mövsümündə Avropada futbol Kateqoriya:2011/2012 mövsümündə Polşada futbol Kateqoriya:2011/2012 mövsümündə Ukraynada futbol