Aysor Demokratik Partiyası (, ) — Suriyada fəal olan, ənənəvi olaraq Xabur vadisinin aysorlarının maraqlarını təmsil edən siyasi partiya. Suriyada demokratiyanın sülh yolu ilə həyata keçirilməsini hədəfləməsinə baxmayaraq, partiya 1990-cı illərdən bəri ümumiyyətlə BƏƏS hökumətinin tərəfində olmuş və onunla əməkdaşlıq etmişdir. Suriyada vətəndaş müharibəsi zamanı Aysor Demokratik Partiyası Xabur Mühafizəçiləri və Natturə ilə sıx əlaqədə olmuşdur.
İdeologiyası Aysor Demokratik Partiyası rəsmi olaraq tərəfkeşliyi rədd edir və Suriyada demokratiyanın sülh yolu ilə həyata keçirilməsini dəstəkləyir. İdeoloji cəhətdən sosial-demokratdır. Buna baxmayaraq, partiya 1990-cı illərdən bəri ümumiyyətlə BƏƏS hökumətinin tərəfində olmuş, onunla əməkdaşlıq edib və vətəndaş müharibəsində hökumətyönlü milisləri dəstəkləmişdir.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Suriya siyasi partiyaları