Elbəyi Quliyev () — Azərbaycanın keçmiş peşəkar futbolçusu.

Klub karyerası Ural FK Elbəyi Quliyev "Ural FK"-nın gənclər komandasının yetirməsidir.Профиль на официальном сайте «Урал»

O, "Ural"da peşəkar debütünü 19 mart 2016-cı ildə Rusiya Premyer Liqasında "Terek"lə səfərdə 1:1 hesablı heç-heçə bitmiş oyunda etmiş, matçın ikinci hissədə əvəzedici kimi meydana çıxmışdı.

Quliyev məşqlərini "Ural FK"-nın əvəzedici heyətində etmiş, bu səbəbdən də klubda çıxış etdiyi dövrdə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş Aprel döyüşləri zamanı həmin döyüşlər səbəbilə klubun digər üzvü, əsas heyətdə çıxış edən erməni əsilli Edqar Manuçaryan ilə arasında problem yaranmadığını və həmin futbolçu ilə ünsiyyətdə olmadığını bildirmişdir.

Jetısu FK Elbəyi Quliyev 8 iyul 2015-ci ildə Qazaxıstanın "Jetısu FK" komandasına icarəyə verilmişdir. O, klubda ilk qoluna 31 oktyabr 2015-ci ildə Qazaxıstanın "Kaysar FK" komandasına qarşı ev oyununda 2-1 hesabı ilə qalib gələrkən imza atmışdır.

Neftçi FK Elbəyi Quliyev "Neftçi PFK"-da icarə əsasında çıxış etmək istəsə də, klub rəhbərliyi ilə razılaşa bilməmiş, ona futbolla daha əvvəl məşğul olmayan şəxs kimi münasibət göstərildiyini və ikinci bir şans verilsə, nəinki "Neftçi PFK"-da, hətta Azərbaycan Premyer Liqasının heç bir klubunda çıxış etmək istəmədiyini bildirmişdir. Bu iddialara cavab olaraq klubun baş məşqçisi Vəli Qasımov əsas komanda ilə əvəzedici komandanın yoxlama oyunu keçirilərkən Elbəyi Quliyevin əsas heyətdə oyuna çıxdığını, lakin ilk hissə başa çatmamış məşqçilər heyətinin onu əvəz etdiyini, bu səbəbdən də özünü doğrultmayan idmançı ilə yolları ayırdıqlarını qeyd etmişdir.

Milli Komanda Elbəyi Quliyev 2014-cü ilin oktyabrında Frankfurtda, 2015-ci ilin martında isə Bakıda keçirilən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışına çağırılıb. Almaniyada keçirilən təlim-məşq toplanışında olarkən Rusiyanın “Ural FK” komandasının şərəfini qoruyan Elbəyi Quliyev yığma komandanın “Pirmazens FK”-ya qarşı keçirdiyi və 4:1 hesabı ilə qalib gəldiyi yoxlama oyununda qol vuraraq fərqlənmişdir.

İstinadlar

External links

Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Qazaxıstan Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Qazaxıstanda legioner futbolçular Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Rusiya futbolçuları