Kursk vilayətinə basqın — Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində 2024-cü ilin 6 avqustundan etibarən indiyədək apardığı əməliyyatdır. Hücum Moskva saatı ilə (UTC+3) 08:00-da start götürüb.

Döyüşlər nəticəsində Ukrayna Kursk vilayətindəki xeyli sayda yaşayış məntəqəsini, o cümlədən Sudja rayonunda nəzarəti əldə edib. Kursk vilayətində fövqəladə vəziyyət elan edilib. 9 avqustda Belqorod, Kursk və Bryansk vilayətlərində anti-terror rejiminə start verilib. Ukrayna 1250 km²-dan çox Rusiya ərazini ələ keçirdiyi xəbərini yayıb. 15 avqustda isə Ukrayna artıq yeni tutulan ərazilərdə hərbi idarə təsis edib.

Bu basqın Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynanın Rusiya ərazisinə təşkil etdiyi ən güclü və intensiv əməliyyatdır.

Arxa plan 2022-ci ilin fevralından etibarən Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra arabir Rusiya ərazisində dağıntılar meydana gəlirdi. Bunlar dron hücumları, bombalamalar və digər yollarla baş tuturdu. Bəzən də Rusiyaya ölkənin içindəki müharibə əleyhdarları tərəfindən ziyan vurulurdu. Ukraynadan, əsasən, Belqorod, Kursk və Bryansk vilayətlərində transsərhəd atəşi, raket zərbələri və qurudan reydlər olub.

Əməliyyat 6 avqust 6 avqustun səhər saatlarında Ukrayna tank, zirehli maşınlarla Rusiya ərazisinə basqın edib. Rusiya Müdafiə Nazirliyi bölgəyə qoşun və aviasiya bölmələri göndərməklə cavab verib. Rusiyanın məlumatına görə, hücuma 300-ə yaxın Ukrayna əsgəri, 11 tank və 20-dən çox zirehli döyüş maşını cəlb olunub və onlar Sudja və Nikolayevo-Darino istiqamətində olmaqla iki hədəfdə irəliləyib.

Rusiya bloqqerləri və media qurumları hücumun uğursuz olub təhlükənin sovuşduğunu iddia edirdi. Kursk vilayətinin qubernatoru Aleksey Smirnov bir qadının basqın nəticəsində öldüyü, iki şəxsin isə dron hücumları nəticəsində həlak olduğu barədə məlumat verib.

Rusiya hərbi bloqqerləri əməliyyatda Rusiya Könüllülər Korpusunun da iştirak etdiyini iddia etsələr də, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi bunu rədd edib. Rusiya Könüllülər Korpusunun müttəfiqi “Rusiyaya azadlıq” legionu isə əməliyyatda iştirakla bağlı fikir bildirməkdən imtina edib.

7 avqust 7 avqustda Rusiya qüvvələri Ukraynanı ərazidən uzaqlaşdırmaq üçün bir sıra cəhdlər göstərdi. Hərbi bloqqerlərin iddiasına əsasən, Ukrayna qüvvələri Kursk vilayətinin 14 kilometr dərinliyinə qədər irəliləyərək 11 yaşayış məntəqəsini ələ keçirib. Dövlət qurumlarına prezident Vladimir Putin tərəfindən sakinlərə lazımi yardımın göstərilməsi tapşırılıb və onların işinə nəzarət etmək işinə baş nazirin müavini Denis Manturov təyin olunub. Vilayətin qubernatoru Aleksey Smirnov ərazidə fövqəladə vəziyyət elan edib. Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova bu hadisənin kriminal Kiyev rejiminin addımı kimi qiymətləndirib və bütün bunların yalnız ukraynalı neonasistlərin cəzasızlıq hissini gücləndirdiyini qeyd edib. Putin Kursk əməliyyatı ilə bağlı Valeri Gerasimov, Aleksandr Bortnikov, Sergey Şoyqu və Andrey Belousov da daxil olmaqla təhlükəsizlik strukturundakı əsas şəxslər ilə görüşüb.

Geolokasiya edilmiş görüntülər təsdiqləyib ki, Ukrayna qüvvələri ən azı 10 kilometr (6,2 mil) Rusiya sərhədinə doğru irəliləyərək, ən azı iki Rusiya müdafiə xəttinə və bir qalaya keçib. Geolokasiya edilmiş görüntülər təsdiqləyib ki, Ukrayna qüvvələri ən azı 10 kilometr Rusiya sərhədinə doğru irəliləyib, iki Rusiya müdafiə xəttini və bir istehkam nöqtəsini aşa bilib. Bununla yanaşı, Rusiya mənbələri Ukrayna qüvvələrinin Sudja-Korenevo magistral yolunun həm şimal-qərb, həm də cənub-şərq istiqamətində hərəkət etdiklərini bildirib. Geolokasiya edilmiş görüntülər Ukrayna hərbçilərinin azı 40 rus əsgərini əsir götürdüyünü, Sudja şəhərini tamamilə ələ keçirərək onun giriş-çıxışını nəzarətdə saxladığını, həmçinin əməliyyatı şəhər sərhədlərindən kənarda davam etdirdiyini üzə çıxarıb. Ukrayna Parlamenti üzvü Aleksey Qonçarenko bildirib ki, Ukrayna qüvvələri Urenqoy-Pomarı-Ujqorod boru kəmərini Avropanın qalan hissəsinə çatdıran Sudja qaz qovşağını ələ keçirib. Həmin gün İvniça kəndində döyüşlərin getdiyi xəbərləri də gəlib.

8 avqust

RİA Novostinin xəbərinə əsasən, Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində 4 nəfər həlak olub. Rusiyalı hərbi bloqqerlər Sudja şəhərinin itiridliyini qeyd etməklə bərabər, Ukrayna qüvvələrinin Lqova doğru irəlilədiyini bildirib.

Kursk qubernatorunun sözlərinə görə, gecə və səhər saatlarında Ukraynanın altı pilotsuz uçan aparatı və beş raketi vurulub.

8 avqustda döyüş zonasının 430 kvadrat kilometrə qədər genişlədiyi, Ukraynanın Kazaçya Loknya, Boqdanovka, 1-ci Knyajıy və 2-ci Knyajıy kəndlərinə nəzarəti ələ keçirdiyi ilə bağlı məlumatlar daxil olub. Snaqost kəndində toqquşmalar gedib. Bununla yanaşı, Ukrayna qoşunları sərhəddən 35 kilometrliyə qədər yol qət edə bilib.

9 avqust Bu tarixdə gələn məlumatlara əsasən, Ukrayna qoşunları təxminən 100-200 kvadrat kilometrlik əraziyə nəzarəti əldə edib.

Rusiya hərbçilərinin konvoyunun Qluşkovski rayonu ilə Kursku birləşdirən və Rılski və Lqovski rayonlarından keçən marşrutla hərəkət edərkən Oktyabrskoye kəndində HIMARS-ın zərbəsi nəticəsində məhv edildiyi bildirilib. Həmin hücumdan sonrakı görüntülər bəzi cəsədlərin olduğu 15 hərbi yük maşınının yandığını göstərir. Ukraynalı NEXTA analitik qrupunun fikrincə, bu yük maşınlarının hər biri 35-ə qədər tam sursatlanmış əsgər daşıya bilər. Bu, Rusiya ordusunun zərbə nəticəsində bir gecədə 200-dən 490-a qədər əsgər itirə biləcəyini göstərir. Rus bloqqerlərin Telegram kanalı bunları yazıb: "Kolonun vəziyyətinə baxsaq, orada olanların ən azı həlak olub. Bu, bütün müharibədə ən qanlı kütləvi hücumlardan biridir."

Çeçen Axmat Batalyonunun komandirlərindən olan Apti Alaudinov bildirib ki, Ukrayna mövqeləri bölgədən keçərkən onlarla açıq döyüşə girməyib, əksinə, daha çox rus qoşunları köməyə gələnə qədər geri çəkilməyə üstünlük verib. Bəzi rus hərbi bloqqerləri bunu döyüşdən qaçmaq kimi qiymətləndirib. Bundan əlavə, Alaudinov indiyədək Ukrayna qüvvələrinin sərhəd boyu yaşayış məntəqələrinə nəzarət etdiyini etiraf edən yeganə rus komandir olub.

Lipetsk vilayətində də böyük dron hücumları baş verib. Ən azı 6 nəfər yaralanıb, dörd kənd isə boşaldılıb. Ukrayna daha sonra Lipetsk aviabazasını da vurduğunu və döyüş sursatı saxlanılan anbarları məhv etdiyini bildirib. Rusiya rəsmiləri həmçinin Belqorod vilayətində baş verən digər bir hücumda bir nəfərin öldüyü xəbərini verib.

Hücumlar ərəfəsində 20 min insanın Sumı vilayətindən təxliyəsi edilməsi əmri verilib. Rusiya hərbi bloqqerləri Rusiyanın Sumı vilayətinin sərhədyanı Lukaşivka kəndini yenidən ələ keçirdiyini, Ukrayna isə sərhədyanı Kuçerov kəndinə yönəlmiş yeni bir istiqamətdə kiçik bir hücum etdiyini, lakin hələ ki həmin kəndi tuta bilmədiyini iddia edib.

Rusiya Müdafiə Nazirliyi 152 mm-lik özüyeriyən “Msta-S” artilleriya qurğuları və döyüşə dəstək maşınlarının daxil olduğu hərbi kolonun Belqorod vilayətindən Sudjanski rayonuna köçürülməsi barədə hesabat dərc edib. Yayılan xəbərlər rus komandanlığının döyüş təcrübəsi olan qüvvələri Kursk vilayətinə köçürdüyünü göstərib.

Kurçatov şəhər bələdiyyəsinin rəhbəri İqor Korpunkov döyüşlərin Kursk Atom Elektrik Stansiyasından 30 kilometr uzaqlıqda getdiyini bildirib.Власти Курской области заявили о приближении ВСУ к Курской АЭС //The Moscow Times Məsul şəxslər nüvə stansiyasına bütün girişləri bağlayıb, ərazidəki tikinti işçiləri ərazini tərk edib və stansiyadakı avadanlıqların enerjisi kəsilib. Rosatom ərazidəki işçilərin sayının müvəqqəti azaldıldığını açıqlayıb. 15:00-da Kurçatovda partlayış səsi eşidilib. Rusiya Radiasiya, Kimyəvi və Bioloji müdafiə qoşunları da stansiyanın təhlükəsizliyi üçün əraziyə yerləşdirilib.Курскую АЭС оцепили из-за угрозы атаки ВСУ //The Moscow Times

Kursk vilayətinin qubernatoru Aleksey Smirnov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin transformator yarımstansiyasına hücumu nəticəsində rayonlardan birində yanğın başlayıb. PUA-ların hücumu nəticəsində Kurçatov, eləcə də Kurçatovski, Oktyabrski, Bolşesoldatski, Oboyanski və Belovski rayonlarının bir hissəsi elektrik təchizatından məhrum olub.Курчатов, где расположена АЭС, остался без света после атаки дрона //Radio free Europe/Radio Liberty (Russian)

Ukraynanın “Cənub” Könüllülər Ordusunun sözçüsü Serhiy Bratçukun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Sudjadakı silah-sursat anbarlarını ələ keçirə bilib.

Avqustun 9-da Rusiya qüvvələri Snaqost kəndini geri alıb və şimalda Ukraynanı Milyutino və Generalovkadakı mövqelərindən geriyə, Ukraynanın şimalındakı Malaya Loknya kəndinə sıxışdırıb. Karnegi Beynəlxalq Sülh Vəqfinin baş əməkdaşı Dara Massikot tərəfindən təxmin edir ki, Kursk vilayətindəki Ukrayna qoşunlarının sayı dörd-beş Ukrayna briqadasından ibarət olmaqla təxminən 10000-12000 nəfərdir.

Federal Təhlükəsizlik Xidmətinin nəzarəti altında Kursk, Bryansk və Belqorod vilayətlərində vəziyyət normallaşana qədər “terrorla mübarizə rejimi” tətbiq edilib.В Курской, Брянской и Белгородской областях ввели «режим контртеррористической операции» //BBC (Russian) Bu deməkdir ki, "hərəkət məhdudlaşdırılır, nəqliyyat vasitələri dövlət tərəfindən götürülə bilər, telefon danışıqlarına nəzarət oluna bilər. Həmin ərazilər girişə qadağan zona elan edilir, giriş-çıxışlara müntəzəm nəzarət-buraxılış keçirilir, əsas infrastruktur obyektlərində təhlükəsizlik gücləndirilir." Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikov bölgədəki anti-terror əməliyyatlarının başına təyin olunub.

10 avqust

Bu tarixdə gələn məlumatlara əsasən, döyüş zonasının 650 km²-ə qədər genişləndiyi bildirilib.

Ukrayna qoşunları 252-ci batalyon ilə Belqorod vilayətindəki Qrayvoronski rayonunun Poroz kəndinə hücuma keçib və oranı ələ keçirməsi ilə bağlı xəbərlər yayıb. Həmin tarixdə Korenevo yaxınlığındakı Olqovkada, Malaya Loknya kəndində döyüşlərin olduğu bildirilib. Rusiya Silahlı Qüvvələri Sudjanın şərqindəki Maxnovka kəndinə nəzarəti bərpa etdiyi məlumatını verib.

11 avqust Bu tarixdə gələn məlumatlara əsasən, döyüş zonasının 720 km²-ə qədər genişləndiyi bildirilib.Площадь боевых действий в Курской области в воскресенье продолжила расти //Agents (Russia) 11 avqust 2024

Rusiya Müdafiə Nazirliyi səhər saatlarında məlumat verib ki, gecə ərzində Kursk vilayəti üzərində səmada 4 “Toçka-U” taktiki raketi və 14 pilotsuz uçan aparat məhv edilib. Raketlərdən birinin qalıqları Kurskda evlərin birinə düşərək yanğına səbəb olub. 13 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. 15 nəfər təxliyə edilib.

Avqustun 11-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Sudjanski rayonunun cənub-şərqində yerləşən Belovski rayonuna daxil olub. Daha sonra bunu rayon rəhbəri və qubernator səlahiyyətlərini icra edən şəxs də təsdiqləyib. Rayon rəhbəri artıq təxliyə olunanlara geri qayıtmamağı tövsiyə edib.

12 avqust

2024-cü il avqustun 12-də eskalasiyanın genişlənməsi səbəbi ilə Rusiya hakimiyyəti tərəfindən Krasnoyarujski rayonundan dinc əhalinin təxliyəsinə başlanılıb. Kursk vilayətinin qubernatoru Smirnov bildirib ki, onun bölgəsində ümumi əhalisi 2 min nəfər olan 28 yaşayış məntəqəsi Ukrayna tərəfindən zəbt olunub.

Dost atəşi insidenti nəticəsində Rusiyanın Ka-52 vertolyotu Belovski rayonunun Krivitskiye Budı kəndində rus qoşunlarının kolonuna hücum edərək 2S19M2 "Msta-S" özüyeriyən artilleriya qurğusunu məhv edib."Дружественный огонь" в Курской области: российский вертолет ударил по российской военной колонне //Радио «Свобода»

Rusiya hakimiyyət orqanları Ukrayna ordusunun ən azı 28 yaşayış məntəqəsini ələ keçirdiyini təsdiqləyib, Ukrayna mənbələri isə 44 yaşayış məntəqəsinə nəzarəti əldə etdiyini və daha 10-una yiyələnməyə çalışdığını qeyd edib.Украинский OSINT-проект DeepState заявляет о 44 населенных пунктах в Курской области под контролем ВСУ //Радио «Свобода» Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib ki, hazırda qüvvələr Rusiyanın təxminən 1000 km²-lik ərazisinə nəzarət edir.