Latın Amerikası İqtisadi Komissiyası — Latın Amerikası təşkilatlarından birinin qısa adıdır. ECLA 25 fevral 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində yaradılmışdır.ECLAC signed a cooperation agreement to promote science and technology in the region (with Brazilian Center for Strategic Studies and Management) at ECLAC.org İspanca qısaldılmış adı CEPAL-dır. Sonrakı illərdə Karib hövzəsi ölkələri də tədqiqat sahəsinə daxil edilmiş, buna görə də adı 1984-cü ildə ECLAC (; ) olaraq dəyişdirilmişdir. BMT-nin 5 regional komissiyasından biri olan ECLAC-ın inzibati mərkəzi Çilinin Santyaqo şəhərindədir.CEPALSTAT page at official ECLAC site

ECLAC-ın əsas məqsədi rəsmi sənədlərdə Latın Amerikası ölkələrinin iqtisadi inkişafına töhfə vermək və onların iqtisadi siyasətləri arasında əlaqəni təmin etmək kimi göstərilir.

Komissiya 1951-ci ildə Meksikada Mərkəzi Amerika ölkələri və 1966-cı ildə Port-of-Speyndə (Trinidad və Tobaqo) Karib hövzəsi ölkələri üçün subregional mərkəzlər yaratmışdır. Buenos-Ayres, Brazilia, Montevideo və Boqotada da ofisləri mövcuddur. ECLAC qarşısına mühüm məqsədlər qoymuş, ölkələr arasında əməkdaşlığı artırmağa çalışsa da, onun təsiri məhdud olaraq qalmağa davam edir. Bu məqamda ECLA-nın ölkələr arasında əməkdaşlıq platforması yaratdığını söyləmək olar. Sonradan yaranan inteqrasiya təşkilatlarının ECLA iclaslarında formalaşması bu iddianı təsdiqləyir.

thumb|right|350px|Latın Amerikası İqtisadi Komissiyasımən üzvü olan ölkələr

Xarici keçidlər

BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının rəsmi veb-saytı ECLA rəsmi veb-sayt https://ecla.online/ ECLAC İspan dilində əsas səhifə

İstinadlar

Kateqoriya:Latın Amerikası Kateqoriya:İnkişaf iqtisadiyyatı Kateqoriya:BMT