boy pablo (29 noyabr 1998, Bergen) — Norveç müğənnisi, mahnı yazarı Nikolas Munosun indi-pop musiqi layihəsi. Bu layihə çərçivəsində baş tutan konsertlərdə onu müxtəlif çalğı alətlərində ifa edən musiqiçilər müşayiət edir. O, hər bir mahnısını kimsədən dəstək almadan tam surətdə özü yazır. Bu işə 2015-ci ildə girişib. İlk sinqlı olan "Flowers"-i 2016-cı ilin yanvarında yayımlayıb.

Boy Pablo-nun "Everytime" mahnısının klipi 2017-ci ilin sonlarında YouTube alqoritmi sayəsində populyarlıq əldə edib. Bu mahnısı həmin il ona xeyli fanat qazandırıb. 2017-ci ilin mayında 6 trekdən təşkil etdiyi "Roy Pablo" adlı konsept minialbomunu çıxarıb. Trek siyahısında "Everytime" sinqlı da yer alır. Bundan savayı, 2018-ci ildə o, daha bir minialbom olan "Soy Pablo"-nu buraxıb. "Wachito Rico" adlanan debüt studiya albomunu isə 2020-ci ilin oktyabrında təqdim edib. Boy Pablo "Norveç Qremmi mükafatları"nda 6 mükafata namizəd göstərilmiş və onlardan 2-sini almışdır.

Həyatı Nikolas Munos Norveçin Bergen şəhərində Çilidən olan immiqrant ailədə doğulmuşdur. Onun valideynləri bu ölkəyə 1980-ci illərdə köçüblər. Musiqiçi ailəsində böyüyüb. Musiqinin incəliklərini atasından və böyük qardaşından mənimsəyib. Ona gitara, təbil, piano, bas gitara və eləcə də piano çalmağı öyrədiblər.

Musiqi üzrə təhsilini "Kongshaug Upper Secondary School of Music"-də almışdır.

Yaradıcılığı Poy Pablo ilham mənbəyi kimi bu musiqiçiləri göstərir: Mak Demarko, Veronica Maggio, Tyler, the Creator, The Beatles, Arctic Monkeys, Tame Impala və Mild High Club.Tangen, Ida Eline (16 November 2016). Sammen med kjæresten fra 5. klasse , NRK P3 (in Norwegian)Galesi, Emanuele (20 December 2017). Con il sole negli occhi: il pop sognante di Boy Pablo , Giornale di Brescia (in Italian). Retrieved 31 August 2020 Onun 2017-ci ildə təqdim ediyi bedrum pop janrındakı mahnısı "Everytime" YouTube-da oxşar üslubu paylaşan sənətçi Clairo-nun "Pretty Girl" mahnısı ilə yanaşı viral olmuşdur.Furu, Ludvig (10 April 2018). Boy Pablo: – Er under gjennomsnittet lei meg , Natt & Dag (in Norwegian)

Konsert üzvləri Cari üzvlər Nicolas Pablo Rivera Muñoz Gabriel Muñoz Esteban Muñoz Judah Kubendran

Keçmiş üzvlər Eric Tryland Henrik Åmdal Sigmund Vestrheim

Diskoqrafiya Studiya albomları Wachito Rico (2020)

Mini-albomlar Roy Pablo (2017) Soy Pablo (2018)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Norveç müğənniləri Kateqoriya:Norveç musiqiçiləri