İlham Qoca oğlu Əmirov (13 iyul 1958, Şuşa) ― Azərbaycan Respublikasının Əməkdar pilotuAzərbaycan Respublikası mülki aviasiya işçilərinə "Əməkdar pilot" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı https://president.az/az/articles/view/169 , Azərbaycan Hava Yolları QSC Vitse-Prezidentiİ. Q. Əmirovun "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti təyin edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI https://e-qanun.az/framework/15212 (2008-ci ildən)

Həyatı İlham Əmirov 1958-ci il iyulun 13-də Şuşa şəhərində anadan olmuşdur.

İlham Əmirov 1965–1973-cü illərdə Yevlax şəhəri 5 nömrəli orta məktəbi, 1973–1975-ci illərdə isə Yevlax şəhəri 2 nömrəli tam orta məktəbi bitirmişdir.

1976–1979-cu illərdə Minsk (Belorusiya) aviasiya-texniki məktəbini Fərqlənmə diplomu ilə bitirmişdir və təyinatla 1979–1980-ci illərdə Tallin (Estoniya) şəhərinin aeroportunda avia-texnik vəzifəsində işləmişdir.

1980–1984-cü illərdə Leninqrad (Sankt-Peterburq) Mülki Aviasiya Akademiyasında qəbul imtahanlarını yüksək qiymətlə keçərək Kirovoqrad (Ukrayna) Ali Təyyarəçilik Məktəbinə göndərilib və oranı Fərqlənmə diplomu ilə bitirmişdir.

Fəaliyyəti 04.12.1984 ― 15.11.1993-cü illər Bakı Birləşmiş Aviasiya Dəstəsinə An-26, Tu-134 təyyarələrinin 2-ci pilotu, Bakı "AZALTRANS" aviaşirkətində Tu-134 təyyarəsinin komandiri vəzifələrində işləmişdir. 15.11.1993 ― 01.08.2007-ci illər "Azərbaycan Hava Yolları" Dövlət Konsernində Uçuşların Təhlükəsizliyi və nəzarət üzrə Baş İnspeksiyanın rəisi, "AZAL" Dövlət Konserinin Baş Direktorunun müavini vəzifələrində işləmişdir. 01.08.2008–16.05.2008-ci illər "AZAL" Milli Aviasiya Şirkəti direktorunun uçuş işinin təşkili üzrə müavini, "AZAL" Dövlət Konserinin Baş Direktorunun uçuş işinin təşkili üzrə müavininin əmək funksiyasını icra etmişdir. 16.05.2008-ci ildən "AZAL" Qapalı Səhimdar Cəmiyyətinin Vitse-Prezidentidir.

Təltifləri 40px|"Şərəf nişanı" (27 may 2008) ― "Şərəf nişanı" ordeni 25px|"Əməkdar Pilot" (1 iyun 2010) ― "Azərbaycan Respublikasının Əməkdar pilotu" 23px|"Mülki Aviasiyasının 75 illiyi" yubiley medalı (26 may 2014) ― "Mülki Aviasiyasının 75 illiyi" yubiley medalı 22px|"Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı (10 may 2018) ― "Mülki aviasiya sahəsində xidmətlərə görə" medalı

Ailəsi İlham Əmirov Mahirə adlı xanımla ailəlidir. Rəşad və Elşad adında 2 oğlu, İlham, Əmirxan, Rəşid adında isə 3 oğul nəvəsi var.

Oğlu Əmirov Rəşad 15.08.1991-ci ildə anadan olub. 2014-cü ildə Milli Aviasiya Akademiyasını bitirib, hal-hazırda Aerobus-319/320 təyyarəsinin 2-ci pilotudur və atasının davamçısıdır.

Kiçik oğlu Əmirov Elşad 26.10.1992-ci ildə anadan olub. 2014-cü ildə Milli Aviasiya Akademiyasını bitirib, Bakı aeroportunda "Biznes Aviasiya" şirkətində menecer vəzifəsində işləyir.

İstinadlar

Xarici keçidlər Heydər Əliyevlə bağlı 27 illik sirr açıldı. Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya gətirən pilot. Pilotlar ailəsi: İlham Əmirov və Rəşad Əmirov. Heydər Əliyevi Bakıya Gətirən Pilot. Qırx ilə bərabər bir gün. Qırx ilin qızıl anları. Kapitanın son uçuşu. Kateqoriya:Azərbaycan Respublikasının əməkdar pilotları