Kukla və ya Lənətlənmiş uşaq (orijinal adı: The Boy) Rejissor Uilyam Brent Bell tərəfindən 2016-cı ildə çəkilmiş filmdir. Amerika qorxu filmidir. Filmin ssenari müəllifi Steysi Menerdir. Filmdə baş rolları Loren Koen və Rupert Evans ifa edirlər. Film Çin və ABŞ arasında istehsal olunmuş beynəlxalq müştərək layihədir. Filmin çəkilişləri 10 mart 2015-ci ildə Britaniya Kolumbiyası ştatının Viktoriya şəhərində başlamışdır. STXfilms 22 yanvar 2016-cı ildə Kukla filmini ABŞ-da nümayiş etdirmişdir. Film 10 milyon dollarlıq büdcəsi ilə dünya miqyasında 64 milyon dollar gəlir əldə etmişdir. Filmin müstəqil davamı olan Kukla II, 21 fevral 2020-ci ildə nümayiş edilmişdir.
Rollarda
Loren Koen - Qreta Evans Rupert Evans - Malkolm Ceyms Norton – Cənab Helşayr Diana Hardcastle – Miss Helşayr Ben Robson - Koul Stefani Lemelin - Sendinin səsi Cett Kleyn - gənc Brahms Helşayr Ceyms Rassell - yetkin Brahms Helşir Lili Pater - Emili Kribbs
İstehsal
İnkişaf
thumb| Kukla filminin çəkiliş məkanı kimi istifadə olunan Kreyqdarroç qalası.
14 iyul 2014-cü ildə Şeytan daxildədir filminin rejissoru olan Uilyam Brent Bellin prodüserlər Tom Rozenberq, Qeri Luçhesi, Roy Li, Mett Berenson, Cim Vedaa ilə bərabər Lakeshore Entertainment və Vertigo Entertainment şirkətləri ilə birlikdə istehsal edəcəkləri fövqəltəbii triller filmi olan The Inhabitant filminin rejissoru olacağı bildirilmişdir. Filmin ssenarisi Steysi Miner tərəfindən yazılmışdır.
Aktyor seçimi
23 yanvar 2015-ci ildə Loren Koen o vaxta qədər adı Kukla olan filmdə baş rolu oynamaq üçün sənəd imzalamışdır. 11 mart 2015-ci ildə Cim Norton, Diana Hardkastl, Ben Robson, Rupert Evans və Ceyms Rasselində daxil olduğu, daha çox aktyor heyəti (kastinq) elan edilmişdir.
Çəkilşlər
10 mart 2015-ci ildə “Kukla” filminin əsas çəkilişləri rəsmi olaraq Kanadada yerləşən Britaniya Kolumbiyası ştatının Viktoriya şəhərinin Kreyqdarroç qalasında başlamışdır. Filmin çəkilişləri bir ay sonra, 12 aprel 2015-ci ildə başa çatmışdır.
Buraxılış
25 fevral 2015-ci ildə STX Entertainment filmin ABŞ-dəki hüquqlarını əldə etmiş və filmin 5 fevral 2016-cı ildə təqdim ediləcəyini bildirmiş, lakin 2015-ci ilin mart ayında filmin nümayiş tarixi 22 yanvar 2016-cı il olaraq müəyyən edilmişdir.
İstinadlar
Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2016-cı ilin filmləri Kateqoriya:İngiltərə haqqında filmlər Kateqoriya:Kuklalar haqqında filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Qorxu filmləri Kateqoriya:2016-cı ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:ABŞ-nin qorxu filmləri Kateqoriya:İngilis dilində qorxu filmləri Kateqoriya:Birləşmiş Krallığın triller filmləri Kateqoriya:Qeri Luçesinin prodüseri olduğu filmlər Kateqoriya:Kabus filmləri Kateqoriya:Fövqəltəbii triller filmləri Kateqoriya:2010-cu illərin psixoloji qorxu filmləri Kateqoriya:Bəstəkar Bear MakKririnin filmləri