LoL Park () – Cənubi Koreyanın Seul şəhərinin Çonno rayonunda yerləşən, "League of Legends" müsabiqələri üçün nəzərdə tutulmuş arena. League of Legends Koreya Çempionlarının (LCK) oyunları bu arenada keçirilir.
Tarixi Cənubi Koreyada "League of Legends" yarışlarının keçirilməsi məqsədilə "LoL Park"ın tikintisi "Riot Games" tərəfindən 2017-ci ildə açıqlanmışdır. Tikilinin açılışı 17 sentyabr 2018-ci ildə, bütün kompleksin rəsmi açılışı isə 16 yanvar 2019-cu ildə baş tutmuşdur. Burada yerləşən "LCK Arena" Cənubi Koreyada "League of Legends" kiberidmanına həsr olunmuş ilk stadiondur. Arenada ilk oyun 16 yanvar 2019-cu ildə LCK çərçivəsində "T1" ilə "Jin Air Green Wings" arasında baş tutmuşdur. 2023 "League of Legends" üzrə Dünya Çempionatının açılışı və oyunları "LoL Park"da baş tutmuşdur.
Xüsusiyyətlər "LoL Park" çox kompleksi kiberidman qurğusudur və burada LCK oyunlarının keçirilməsi üçün nəzərdə tutulan "LCK Arena" kiberidman stadionu yerləşir. Stadionun tutumu 400–500 nəfərdir və yarımdairəvi formadadır.
Kompleksə foye, 100 nəfər tutuma malik "Bilgewater" kafesi, sərgi zalı, görüş və qarşılama zonası yerləşir. Buradakı "Riot PC Room" internet-kafesi 24 saat fəaliyyət göstərir və 100 nəfərlik tutuma malikdir. Mağaza bölməsində "Riot Games" tərəfindən buraxılmış rəsmi məhsullar satılır. Qurğunun qonaqlar üçün nəzərdə tutulmuş hissəsinin interyerini dizayn edərkən "League of Legends"dəki Cəngəlliyin xəritəsindən ilhamlanmışdırlar.
Qalereya
İstinadlar
Kateqoriya:Kiberidman qurğuları Kateqoriya:League of Legends Koreya Çempionları Kateqoriya:Seul tikililəri Kateqoriya:2018-ci ildə Cənubi Koreyada idman